CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Apellyasiya instansiyası məhkəmələrinə yeni hakimlər təyin edilib - SİYAHI

© Photo : REPORTBakı Apellyasiya Məhkəməsi
Bakı Apellyasiya Məhkəməsi - Sputnik Azərbaycan, 1920, 23.12.2022
Abunə olmaq
Fəaliyyətində fərqlənən 50-yə yaxın hakim vəzifələrində irəli çəkilib, 60-a qədər hakim isə Milli Məclisin müvafiq qərarları ilə ali və apellyasiya məhkəmələrinə təyin edilib.
BAKI, 23 dekabr - Sputnik. Apellyasiya instansiyası məhkəmələrinə yeni hakimlər təyin edilib.
Bu barədə məsələlər bu gün Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.
“Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” layihəyə əsasən, hakimlik səlahiyyətinin müddəti 2023-cü il yanvarın 2-də başa çatan İlham Məmməd oğlu Cəfərov həmin tarixdən Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilir.
Aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilirlər:
- Allahverdiyev Elbəy Hidayət oğlu – Bakı Hərbi Məhkəməsinin hakimi;
- Hüseynov Pərviz Aktiv oğlu – Bakı İnzibati Məhkəməsinin hakimi;
- Qasımov Fərrux Hüseynağa oğlu – Bakı Kommersiya Məhkəməsinin hakimi;
- Abdıyev Fuad Vilayət oğlu – Bakı şəhər Binəqədi rayon məhkəməsinin hakimi;
- Rüstəmli Məhəmməd Əli oğlu - Bakı şəhər Binəqədi rayon məhkəməsinin hakimi;
- Bəhramzadə Sabiq Xanlar oğlu - Bakı şəhər Xəzər rayon məhkəməsinin hakimi;
- Musayeva Cəmilə Ceyhun qızı - Bakı şəhər Nəsimi rayon məhkəməsinin hakimi;
- Səmədov Rəşid Əfraim oğlu- Bakı şəhər Nəsimi rayon məhkəməsinin hakimi;
- İbrahimov Anar Firdovsi oğlu - Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi;
- Axundova Günay Təyar qızı - Bakı şəhər Yasamal rayon məhkəməsinin hakimi;
- Əyyubov Fərid İlham oğlu - Bakı şəhər Yasamal rayon məhkəməsinin hakimi.
Vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar aşağıdakı hakimlər Bakı Apellyasiya Məhkəməsi hakimləri vəzifəsindən azad edilirlər:
- Kərimli İlham Əziz oğlu
- Qasımov Faiq Adil oğlu
- Məhərrəmova Şeyda Ədalət qızı.
“Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” layihəyə görə,
Şirvan Apellyasiya Məhkəməsinin hakimi Rafiq Musa oğlu Cəfərovun həmin məhkəmənin vəzifəsindən azad edilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Nural Turab oğlu Əliyevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilir.
“Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” layihəyə əsasən, Şəki Apelyasiya Məhkəməsinin hakimi Ayaz Akif oğlu Mahmudovun həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək. Aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin olunurlar:
- Rəhimli Lalə Elxan qızı – Bakı şəhər Xətai rayon məhkəməsinin hakimi;
- Cabbarova Gülnar İnqilab qızı - Bakı şəhər Qaradağ rayon məhkəməsinin hakimi;
- İsmayılov Azər İbrahim oğlu - Sumqayıt şəhər məhkəməsinin hakimi;
- Süleymanova Almaz Məhərrəm qızı - Sumqayıt şəhər məhkəməsinin hakimi;
Vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar aşağıdakı hakimlər Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri vəzifəsindən azad edilirlər:
- Quliyev Telman Osman oğlu (Mülki Kollegiyanın sədri);
- Tağızadə Gülnarə Fikrət qızı.
“Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” layihəyə əsasən, aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilirlər:
- Səmədov Xaqani Hacı oğlu – Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi;
- Mehdiyev Elçin Məhəmməd oğlu – Şəki rayon Məhkəməsinin hakimi;
Həmçinin, layihəyə görə, Gündüz Qasım oğlu Abbasov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilir.
“Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” layihəyə görə, Gəncə Apellyasiya Məhkəməsinin hakimi Elçin İsgəndər oğlu Xasmməmmədov həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilir.
Aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilirlər:
- Həsənov Samir Firdusi oğlu – Şirvan İnzibati Məhkəməsinin hakimi;
- Əhmədov Pərviz Tərlan oğlu – Biləsuvar rayon Məhkəməsinin hakimi;
- İmanov Cahid Fehruz oğlu – Şəki Rayon Məhkəməsinin hakimi;
Həmçinin, layihəyə əsasən, vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar aşağıdakı hakimlərin Şirvan Apellyasiya Məhkəməsinin hakimləri vəzifəsindən azad edilirlər:
- Mirzəyev Nüsrət Fətulla oğlu
- Zeynalov Zeynal Ağabala oğlu.
Bütün məsələlər səsə qoyularaq qəbul edilib.
Xatırladaq ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov bildirib ki, Azərbaycanda uğurla həyata keçirilən məhkəmə islahatlarının ən mühüm elementlərindən biri hakim kadrların təyinatıdır:
"Cənab Prezidentin fərmanı ilə iş yükünün çoxluğu nəzərə alınaraq, hakimlərin sayı 200 ştat vahidi artırılıb və bu gün həmin hakimlərin seçimi intensiv surətdə həyata keçirilir. Artıq 83 hakimin təyinatı aparılıb, 40 nəfər təyinat ərəfəsindədir, 250-yə yaxın hakimliyə namizəd seçim prosesinin müxtəlif mərhələlərindədir. Yeni təyin olunan hakimlərin təxminən 50%-ə qədərini qadınlar təşkil edir. Cavid Hüseynov qeyd edib ki, hakimlərin seçilmə qaydası 2021-ci ilin martında təsdiq edilib və ötən dövr ərzində 300-dən çox hakimin fəaliyyəti qiymətləndirilib. Fəaliyyətində fərqlənən 50-yə yaxın hakim vəzifələrində irəli çəkilib, 60-a qədər hakim isə Milli Məclisin müvafiq qərarları ilə ali və apellyasiya məhkəmələrinə təyin edilib".
Xəbər lenti
0