https://sputnik.az/20221223/ali-mehkemeye-yeni-hakimler-teyin-edilib-449944629.html
Ali Məhkəməyə yeni hakimlər təyin edilib
Ali Məhkəməyə yeni hakimlər təyin edilib
Sputnik Azərbaycan
"Prezidentin fərmanı ilə iş yükünün çoxluğu nəzərə alınaraq, hakimlərin sayı 200 ştat vahidi artırılıb və bu gün həmin hakimlərin seçimi intensiv surətdə... 23.12.2022, Sputnik Azərbaycan
2022-12-23T12:33+0400
2022-12-23T12:33+0400
2022-12-23T12:58+0400
məhkəmə
cəmiyyət
deputat
hakim
ali məhkəmə
https://cdnn1.img.sputnik.az/img/07e5/09/02/427835497_0:0:3083:1734_1920x0_80_0_0_4e231f20ce88c2ea1b76b9e1f3ad1dbe.jpg
BAKI, 23 dekabr - Sputnik. Azərbaycan Respublikasının Ali Məhkəməsinə yeni hakimlər təyin edilib. Bu, Milli Məclisin bugünkü iclasında müzakirə edilən “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” məsələdə əksini tapıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov layihə barədə məlumat verib. Dəyişikliklə Naxçıvan Muxtar Respubliaksının Ali Məhkəməsinin hakimi (Kommersiya Kollegiyasının sədri) Xıdırov Əhliman Mehman oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Abdulov Rəşad Məhərrəm oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Zəki Baba oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Vidadi Məmməd oğlu və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Cəfərov Vidadi Cəfər oğlunun Azərbaycan Respubliaksının Ali Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı namizədliyi irəli sürülüb. Digər dəyişikliklə İsmayıl Kamil oğlu Xəlilov Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilib. Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib. Xatırladaq ki, dekabrın 21-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov bildirib ki, Azərbaycanda uğurla həyata keçirilən məhkəmə islahatlarının ən mühüm elementlərindən biri hakim kadrların təyinatıdır. Cənab Prezidentin fərmanı ilə iş yükünün çoxluğu nəzərə alınaraq, hakimlərin sayı 200 ştat vahidi artırılıb və bu gün həmin hakimlərin seçimi intensiv surətdə həyata keçirilir. Artıq 83 hakimin təyinatı aparılıb, 40 nəfər təyinat ərəfəsindədir, 250-yə yaxın hakimliyə namizəd seçim prosesinin müxtəlif mərhələlərindədir. Yeni təyin olunan hakimlərin təxminən 50%-ə qədərini qadınlar təşkil edir. Cavid Hüseynov qeyd edib ki, hakimlərin seçilmə qaydası 2021-ci ilin martında təsdiq edilib və ötən dövr ərzində 300-dən çox hakimin fəaliyyəti qiymətləndirilib. Fəaliyyətində fərqlənən 50-yə yaxın hakim vəzifələrində irəli çəkilib, 60-a qədər hakim isə Milli Məclisin müvafiq qərarları ilə ali və apellyasiya məhkəmələrinə təyin edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/02/427835497_192:0:2923:2048_1920x0_80_0_0_6eb5a8fe4f2888b77dea2a96ed31351d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
məhkəmə, deputat, hakim, ali məhkəmə
məhkəmə, deputat, hakim, ali məhkəmə
Ali Məhkəməyə yeni hakimlər təyin edilib
12:33 23.12.2022 (Yenilənib: 12:58 23.12.2022) "Prezidentin fərmanı ilə iş yükünün çoxluğu nəzərə alınaraq, hakimlərin sayı 200 ştat vahidi artırılıb və bu gün həmin hakimlərin seçimi intensiv surətdə həyata keçirilir" - Cavid Hüseynov
BAKI, 23 dekabr - Sputnik. Azərbaycan Respublikasının Ali Məhkəməsinə yeni hakimlər təyin edilib.
Bu, Milli Məclisin bugünkü iclasında müzakirə edilən “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” məsələdə əksini tapıb.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov layihə barədə məlumat verib.
Dəyişikliklə Naxçıvan Muxtar Respubliaksının Ali Məhkəməsinin hakimi (Kommersiya Kollegiyasının sədri) Xıdırov Əhliman Mehman oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Abdulov Rəşad Məhərrəm oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Zəki Baba oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Vidadi Məmməd oğlu və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Cəfərov Vidadi Cəfər oğlunun Azərbaycan Respubliaksının Ali Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı namizədliyi irəli sürülüb.
Digər dəyişikliklə İsmayıl Kamil oğlu Xəlilov Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilib.
Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib.
Xatırladaq ki, dekabrın 21-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov bildirib ki, Azərbaycanda uğurla həyata keçirilən məhkəmə islahatlarının ən mühüm elementlərindən biri hakim kadrların təyinatıdır. Cənab Prezidentin fərmanı ilə iş yükünün çoxluğu nəzərə alınaraq, hakimlərin sayı 200 ştat vahidi artırılıb və bu gün həmin hakimlərin seçimi intensiv surətdə həyata keçirilir. Artıq 83 hakimin təyinatı aparılıb, 40 nəfər təyinat ərəfəsindədir, 250-yə yaxın hakimliyə namizəd seçim prosesinin müxtəlif mərhələlərindədir. Yeni təyin olunan hakimlərin təxminən 50%-ə qədərini qadınlar təşkil edir.
Cavid Hüseynov qeyd edib ki, hakimlərin seçilmə qaydası 2021-ci ilin martında təsdiq edilib və ötən dövr ərzində 300-dən çox hakimin fəaliyyəti qiymətləndirilib. Fəaliyyətində fərqlənən 50-yə yaxın hakim vəzifələrində irəli çəkilib, 60-a qədər hakim isə Milli Məclisin müvafiq qərarları ilə ali və apellyasiya məhkəmələrinə təyin edilib.