Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Tanınmış azərbaycanlı müğənninin konserti baş tutdu

© Sputnik / Shahperi AbbasovaSərxan Sərxan
Sərxan Sərxan - Sputnik Azərbaycan, 1920, 22.12.2022
Abunə olmaq
Məşhur müğənni özünün ən məşhur mahnılardan olan "Ay gecikən məhəbbətim" mahnısının yaranma tarixi haqqında məlumat verib.
BAKI, 22 dekabr - Sputnik. Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Sərxan Sərxanın yaradıcılıq gecəsi təşkil olunub.
Gecədə müğənni sevilən lirik kompozisiyaları ilə yanaşı repertuarındakı retro və müəllif mahnılarını, eləcə də Azərbaycanın korifey sənətkarlarının əsərlərindən olan ifaları ilə tamaşaçıların qarşısına çıxıb.
Müğənni hər il dekabr ayında ənənəvi olaraq Bakıda konsert verdiyini bildirib: "Üç ildir ki, pandemiya və müharibəyə görə bu ənənə təxirə salındı. Mən səhnədən enerji alıram, cavanlaşıram".
Məşhur müğənni özünün ən məşhur mahnılardan olan "Ay gecikən məhəbbətim" mahnısının yaranma tarixi haqqında məlumat verib: "Artıq bu mahnının 40 yaşı tamam olur. "Ay gecikən məhəbbətim" mənim Azərbaycan dilində oxuduğum ilk mahnıdır. O vaxta qədər bütün mahnılarım rus dilində idi. Bibimin oğlu Tofıq Bayramın bu şeirini gətirdi, mən də həmin şeirə mahnı bəstələdim. 40 ildir ki, bu mahnını oxuyuram. Hələ də sevilir, indiki gənclər də ifa edir".
Sərxan Sərxan kimdir?
Sərxan Sərxan 18 iyun 1952-ci ildə Bakı şəhərində anadan olub. Moskva Konservatoriyası nəzdində musiqi məktəbinin qitara sinfini, hərbi xidməti başa vurduqdan sonra isə Qnesinlər adına Musiqi məktəbini vokal üzrə bitirib. Moskva və Azərbaycan Filarmoniyalarında çalışıb. Bir neçə filmə çəkilib. Həm Azərbaycan, həm də rus dillərində mahnılar təqdim edən müğənninin “Ay gecikən məhəbbətim”, həmçinin “Yalqızam, yalqız”, “Sevgilim” və digər mahnıları dinləyicilər tərəfindən sevilir.
Sevilən müğənni 30 dekabr 1987-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 27 may 2018-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adları ilə təltif edilib. 2012-ci ilin aprelində "Humay" mükafatına layiq görülüb.
Xəbər lenti
0