https://sputnik.az/20221222/rusiyanin-donbasda-hucum-emeliyyati-449891350.html
Rusiyanın Donbasda hücum əməliyyatı
Rusiyanın Donbasda hücum əməliyyatı
Sputnik Azərbaycan
Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələri üçün vəziyyətin kritik olduğu Artyomovska (Baxmut) qarşı hücumu inkişaf etdirir. 22.12.2022, Sputnik Azərbaycan
2022-12-22T08:47+0400
2022-12-22T08:47+0400
2022-12-22T08:47+0400
rusiya
təhlil
donbas
xüsusi hərbi əməliyyat
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0f/444010310_0:19:3135:1782_1920x0_80_0_0_00347d88bdb0f247c4bef7be1cf21da2.jpg
ABŞ və NATO-nun Kiyev rejiminə hərbi yardımı, Qərbin aqressiv ritorikası və mediada sifarişlə hazırlanmış "şəkillər" Rusiyanın Ukraynada XHƏ formatında milli təhlükəsizliyini etibarlı şəkildə təmin etmək hüququna, imkanlarına və strateji üstünlüyünə malik olduğu obyektiv reallığı dəyişə bilməz. Döyüş təmas xətti qərbə doğru irəliləyir. Rusiya qoşunları Ukrayna ordusunun ən yaxşı briqadalarını və əcnəbi muzdluların dəstələrini darmadağın edərək Donbasda hücumu uğurla inkişaf etdirir. Kiyev rejimi "şərq cəbhəsinə" xeyli sayda canlı qüvvə və texnika ehtiyatı yerləşdirdi, lakin Ukrayna Silahlı Qüvvələrinin bütün əks-hücum cəhdləri uğursuz, itkiləri isə böyük oldu. Rusiya Silahlı Qüvvələrinin effektiv raket zərbələri düşmənin müdafiəsinin bütün dərinliyinə qədər davam edir. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, yalnız son 24 saat ərzində Kupyansk, Krasno-Limansk və Donetsk istiqamətlərində Ukrayna Silahlı Qüvvələrinin 500-dən çox hərbçisi, doqquz ədəd zirehli texnikası, iki S-300 ZRK radar stansiyası, üç təyyarəsi (2 MiQ-29 və Su-25), iki helikopteri (Mi-8) və beş pilotsuz təyyarəsi məhv edilib. Dekabrın 20-də səhər saatlarında Ukrayna bölmələri Mariinka şəhərinin mərkəzi hissəsindən effektiv müdafiə olunmaq mümkün olmayan özəl, bir mərtəbəli sektora qovuldular. Rusiya qoşunlarının yüksək atəşi düşmənin yenidən birləşməsinə, Uqledar və ya Kuraxovodan əlavə dəstək almağa imkan vermir. Üstəlik, Mariinkada mövqelərin itirilməsi tezliklə Ukrayna Silahlı Qüvvələri üçün Uqledar istiqamətində ciddi problemlərə (əməliyyatlı mühasirəyə) çevriləcək. Eyni zamanda, Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələri üçün vəziyyətin kritik olduğu Artyomovska (Baxmut) qarşı hücumu inkişaf etdirir. Qərb "mütəxəssisləri" tərəfindən NATO standartları üzrə formalaşdırılan və hazırlaşdırılan "OPFOR" 214-cü elit batalyonu Artyomovsk yaxınlığında darmadağın edildi. "Baxmut soyqırımı" Ukrayna bölmələrini və Qərbin illüziyalarını effektiv şəkildə məhv edir. "Müstəqil" əsgərlər tam boyları hündürlüyündə səngərlər qazırlar və Artyomovskın mərkəzində döyüşlərə hazırlaşırlar. Sülh dövründə bu şəhərdə 70 minə yaxın insan yaşayırdı, bu gün isə bu, xeyli azdır, lakin USQ-də "insan qalxanı" üçün kifayətdir. Kiyev rejimi Yeni 2023-cü ili Ukrayna ordusunun genişmiqyaslı məğlubiyyəti, daha bir strateji (Baxmut) möhkəmləndirilmiş ərazisinin itirilməsi ilə qarşılamaq perspektivindən son dərəcə narahatdır. Ukrayna Prezidenti Vladimir Zelenski Artyomovsku "bütün cəbhə xəttinin ən qaynar nöqtəsi" adlandırıb. Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnı fərariliyə görə cəzaların sərtləşdirilməsini dəstəkləyib, çünki əmrlərə tabe olmamaq və əsgərlərin cəbhə xəttindən qaçması kütləvi xarakter alıb. 8271 saylı "edam" qanun layihəsi Ukrayna Silahlı Qüvvələrinin sıralarında çaxnaşmaya səbəb olub. "The New York Times"ın məlumatına görə, bütün Ukrayna "Rusiyanın qış hücumu" zamanı hərbi əməliyyatların kəskin şəkildə artmasına hazırlaşır. Üç fərqi tapın: Sayqon, Kabil və Kiyev Vaşinqton və Kiyev eyni dərəcədə Qərb arsenallarının tükənməsindən, Rusiya XHƏ-nin uğurlu inkişafından və avropalı müttəfiqlərin ruhdan düşməsindən narahatdır. Milyonlarla ukraynalı qaçqın, artan iqtisadi çətinliklər və Aİ-də 11 faiz inflyasiya Kiyev rejiminin sponsorlarının sayını, eləcə də hərbi və maliyyə yardımının həcmini kəskin şəkildə azaldıb. Polşa istisna olmaqla, NATO üzvlərindən heç biri öz qüvvələrini Rusiya ilə amansız müharibəyə səfərbər etməyə tələsmir (Varşava 2023-cü ildə 200 min ehtiyatda olan əsgəri çağırmağı, Polşa ordusunu isə 400 min nəfərə çatdırmağı planlaşdırır). London, Paris, Berlin Moskva ilə nüvə münaqişəsində risk etmək niyyətində deyil. Amerika cəmiyyətində Rusiya ilə müharibəni yalnız bir neçə ideoloqlar, siyasi ikiüzlülər və hərbi sənaye kompleksinin ağılsız-acgöz nümayəndələri dəstəkləyir. Ağ Ev administrasiyasında və Pentaqonda yaxşı başa düşürlər ki, USQ Rusiyanın hücumunun ağırlığı ilə çökə bilər. Ali Baş Komandan Zalujnı özü də "The Economist" jurnalına müsahibəsində etiraf edib ki, Rusiya taktikası və səfərbərliyi işləyir, Ukrayna qüvvələri məğlub ola bilər. Buna görə də Ukrayna Silahlı Qüvvələrinə "qələbə üçün" təcili olaraq 300 yeni tank, 700 piyada döyüş maşını, 500 haubitsa lazımdır. Generalın tələblərini yerinə yetirmək açıq-aydın mümkün deyil. "The American Conservative" qəzeti haqlı olaraq qeyd edib ki, Ukrayna "Rusiya ilə müharibədə uduzur", general Zalujnı isə "kömək istəmir, yeni ordu istəyir". Qərbin proksi müharibəsinin transformasiyası ABŞ və NATO üçün böyük risklər və təhdidlər doğurur. ABŞ Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Adam Kinzinger dünən NATO-nun üç gün ərzində Rusiyanı məğlub edə biləcəyini bildirib. Bu yaxınlarda Alyansın baş katibi Yens Stoltenberq belə bir ehtimal barədə qeyd etmişdir. Burada xatırlatmaq yerinə düşər ki, 1963-cü ildə ABŞ Vyetnama 16 min hərbi məsləhətçi göndərib. Vaşinqtonun Şimali Vyetnamı məğlub edə bilməyən Cənubi Vyetnam hökumətini dəstəkləməsi heç kimin ağlına belə gələ bilməzdi. Dövlət katibi Din Rask deyib: "Müharibədə qalib gəlməyənə qədər heç yerə getməyəcəyik". 20 il davam edən münaqişə 58 min ABŞ əsgərinin ölümü və 1973-cü ildə amerikalıların Sayqondan qaçması ilə nəticələnib. Tarix heç nəyi öyrətmədi. Hətta 2021-ci ilin avqustunda Pentaqon və NATO qoşunlarının Kabildən biabırçı şəkildə "təxliyə edilməsindən" sonra da Vaşinqton düzgün nəticələr çıxarmadı – çirkin əməllərini Rusiyada həyata keçirməyə planlaşdırdılar. Dolayı yolla, ABŞ Kiyev marionetlərinin əli ilə ukraynalıları Rusiya ilə müharibəyə sürükləyib. Bu gün Vaşinqton "Ukraynanın əzabını uzadır" və Rusiya XHƏ-nin ABŞ ərazisinə "proyeksiyasından" tamamilə sığortalanmayıb. Ukrayna münaqişəsi artıq Vaşinqtonun əleyhinə çevrilib və ABŞ "hegemonluğunun" məhv edilməsini sürətləndirib. Pentaqonun rəhbərinin sabiq müşaviri, polkovnik Duqlas Makqreqor vurğulayıb ki, ABŞ liderliyi "maliyyə iflası" üzündən sona yaxınlaşır: "Vaşinqton artıq dünyanın qalan hissəsinə Amerika və ya ABŞ-ın rəhbərlik etdiyi İngiltərə-Amerika hegemonluğunu tətbiq edə bilməyəcək. Dünyanın qalan hissəsi bunu istəmir". Rusiyanın xüsusi hərbi əməliyyatı yalnız NATO-nun Şərqə doğru genişlənməsindən, postsovet məkanının hərbi mənimsənilməsindən qaynaqlanır və səbəb aradan qaldırıldıqdan sonra Avropa sülh və firavanlıq zonasına çevrilə bilər. Bu, ABŞ-a uyğun olacaqmı? Mübahisəli məsələdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0f/444010310_0:0:2729:2047_1920x0_80_0_0_1df5c1f6214a10d2f340bd9e8cdbe715.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
rusiya, donbas, xüsusi hərbi əməliyyat
rusiya, donbas, xüsusi hərbi əməliyyat
Rusiyanın Donbasda hücum əməliyyatı
Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələri üçün vəziyyətin kritik olduğu Artyomovska (Baxmut) qarşı hücumu inkişaf etdirir.
ABŞ və NATO-nun Kiyev rejiminə hərbi yardımı, Qərbin aqressiv ritorikası və mediada sifarişlə hazırlanmış "şəkillər" Rusiyanın Ukraynada XHƏ formatında milli təhlükəsizliyini etibarlı şəkildə təmin etmək hüququna, imkanlarına və strateji üstünlüyünə malik olduğu obyektiv reallığı dəyişə bilməz. Döyüş təmas xətti qərbə doğru irəliləyir.
Rusiya qoşunları Ukrayna ordusunun ən yaxşı briqadalarını və əcnəbi muzdluların dəstələrini darmadağın edərək Donbasda hücumu uğurla inkişaf etdirir. Kiyev rejimi "şərq cəbhəsinə" xeyli sayda canlı qüvvə və texnika ehtiyatı yerləşdirdi, lakin Ukrayna Silahlı Qüvvələrinin bütün əks-hücum cəhdləri uğursuz, itkiləri isə böyük oldu. Rusiya Silahlı Qüvvələrinin effektiv raket zərbələri düşmənin müdafiəsinin bütün dərinliyinə qədər davam edir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, yalnız son 24 saat ərzində Kupyansk, Krasno-Limansk və Donetsk istiqamətlərində Ukrayna Silahlı Qüvvələrinin 500-dən çox hərbçisi, doqquz ədəd zirehli texnikası, iki S-300 ZRK radar stansiyası, üç təyyarəsi (2 MiQ-29 və Su-25), iki helikopteri (Mi-8) və beş pilotsuz təyyarəsi məhv edilib.
Dekabrın 20-də səhər saatlarında Ukrayna bölmələri Mariinka şəhərinin mərkəzi hissəsindən effektiv müdafiə olunmaq mümkün olmayan özəl, bir mərtəbəli sektora qovuldular. Rusiya qoşunlarının yüksək atəşi düşmənin yenidən birləşməsinə, Uqledar və ya Kuraxovodan əlavə dəstək almağa imkan vermir. Üstəlik, Mariinkada mövqelərin itirilməsi tezliklə Ukrayna Silahlı Qüvvələri üçün Uqledar istiqamətində ciddi problemlərə (əməliyyatlı mühasirəyə) çevriləcək.
Eyni zamanda, Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələri üçün vəziyyətin kritik olduğu Artyomovska (Baxmut) qarşı hücumu inkişaf etdirir. Qərb "mütəxəssisləri" tərəfindən NATO standartları üzrə formalaşdırılan və hazırlaşdırılan "OPFOR" 214-cü elit batalyonu Artyomovsk yaxınlığında darmadağın edildi. "Baxmut soyqırımı" Ukrayna bölmələrini və Qərbin illüziyalarını effektiv şəkildə məhv edir. "Müstəqil" əsgərlər tam boyları hündürlüyündə səngərlər qazırlar və Artyomovskın mərkəzində döyüşlərə hazırlaşırlar. Sülh dövründə bu şəhərdə 70 minə yaxın insan yaşayırdı, bu gün isə bu, xeyli azdır, lakin USQ-də "insan qalxanı" üçün kifayətdir.
Kiyev rejimi Yeni 2023-cü ili Ukrayna ordusunun genişmiqyaslı məğlubiyyəti, daha bir strateji (Baxmut) möhkəmləndirilmiş ərazisinin itirilməsi ilə qarşılamaq perspektivindən son dərəcə narahatdır. Ukrayna Prezidenti Vladimir Zelenski Artyomovsku "bütün cəbhə xəttinin ən qaynar nöqtəsi" adlandırıb. Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnı fərariliyə görə cəzaların sərtləşdirilməsini dəstəkləyib, çünki əmrlərə tabe olmamaq və əsgərlərin cəbhə xəttindən qaçması kütləvi xarakter alıb. 8271 saylı "edam" qanun layihəsi Ukrayna Silahlı Qüvvələrinin sıralarında çaxnaşmaya səbəb olub. "The New York Times"ın məlumatına görə, bütün Ukrayna "Rusiyanın qış hücumu" zamanı hərbi əməliyyatların kəskin şəkildə artmasına hazırlaşır.
Üç fərqi tapın: Sayqon, Kabil və Kiyev
Vaşinqton və Kiyev eyni dərəcədə Qərb arsenallarının tükənməsindən, Rusiya XHƏ-nin uğurlu inkişafından və avropalı müttəfiqlərin ruhdan düşməsindən narahatdır. Milyonlarla ukraynalı qaçqın, artan iqtisadi çətinliklər və Aİ-də 11 faiz inflyasiya Kiyev rejiminin sponsorlarının sayını, eləcə də hərbi və maliyyə yardımının həcmini kəskin şəkildə azaldıb.
Polşa istisna olmaqla, NATO üzvlərindən heç biri öz qüvvələrini Rusiya ilə amansız müharibəyə səfərbər etməyə tələsmir (Varşava 2023-cü ildə 200 min ehtiyatda olan əsgəri çağırmağı, Polşa ordusunu isə 400 min nəfərə çatdırmağı planlaşdırır). London, Paris, Berlin Moskva ilə nüvə münaqişəsində risk etmək niyyətində deyil. Amerika cəmiyyətində Rusiya ilə müharibəni yalnız bir neçə ideoloqlar, siyasi ikiüzlülər və hərbi sənaye kompleksinin ağılsız-acgöz nümayəndələri dəstəkləyir.
Ağ Ev administrasiyasında və Pentaqonda yaxşı başa düşürlər ki, USQ Rusiyanın hücumunun ağırlığı ilə çökə bilər. Ali Baş Komandan Zalujnı özü də "The Economist" jurnalına müsahibəsində etiraf edib ki, Rusiya taktikası və səfərbərliyi işləyir, Ukrayna qüvvələri məğlub ola bilər. Buna görə də Ukrayna Silahlı Qüvvələrinə "qələbə üçün" təcili olaraq 300 yeni tank, 700 piyada döyüş maşını, 500 haubitsa lazımdır. Generalın tələblərini yerinə yetirmək açıq-aydın mümkün deyil. "The American Conservative" qəzeti haqlı olaraq qeyd edib ki, Ukrayna "Rusiya ilə müharibədə uduzur", general Zalujnı isə "kömək istəmir, yeni ordu istəyir". Qərbin proksi müharibəsinin transformasiyası ABŞ və NATO üçün böyük risklər və təhdidlər doğurur.
ABŞ Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Adam Kinzinger dünən NATO-nun üç gün ərzində Rusiyanı məğlub edə biləcəyini bildirib. Bu yaxınlarda Alyansın baş katibi Yens Stoltenberq belə bir ehtimal barədə qeyd etmişdir. Burada xatırlatmaq yerinə düşər ki, 1963-cü ildə ABŞ Vyetnama 16 min hərbi məsləhətçi göndərib. Vaşinqtonun Şimali Vyetnamı məğlub edə bilməyən Cənubi Vyetnam hökumətini dəstəkləməsi heç kimin ağlına belə gələ bilməzdi. Dövlət katibi Din Rask deyib: "Müharibədə qalib gəlməyənə qədər heç yerə getməyəcəyik". 20 il davam edən münaqişə 58 min ABŞ əsgərinin ölümü və 1973-cü ildə amerikalıların Sayqondan qaçması ilə nəticələnib.
Tarix heç nəyi öyrətmədi. Hətta 2021-ci ilin avqustunda Pentaqon və NATO qoşunlarının Kabildən biabırçı şəkildə "təxliyə edilməsindən" sonra da Vaşinqton düzgün nəticələr çıxarmadı – çirkin əməllərini Rusiyada həyata keçirməyə planlaşdırdılar. Dolayı yolla, ABŞ Kiyev marionetlərinin əli ilə ukraynalıları Rusiya ilə müharibəyə sürükləyib. Bu gün Vaşinqton "Ukraynanın əzabını uzadır" və Rusiya XHƏ-nin ABŞ ərazisinə "proyeksiyasından" tamamilə sığortalanmayıb.
Ukrayna münaqişəsi artıq Vaşinqtonun əleyhinə çevrilib və ABŞ "hegemonluğunun" məhv edilməsini sürətləndirib. Pentaqonun rəhbərinin sabiq müşaviri, polkovnik Duqlas Makqreqor vurğulayıb ki, ABŞ liderliyi "maliyyə iflası" üzündən sona yaxınlaşır: "Vaşinqton artıq dünyanın qalan hissəsinə Amerika və ya ABŞ-ın rəhbərlik etdiyi İngiltərə-Amerika hegemonluğunu tətbiq edə bilməyəcək. Dünyanın qalan hissəsi bunu istəmir".
Rusiyanın xüsusi hərbi əməliyyatı yalnız NATO-nun Şərqə doğru genişlənməsindən, postsovet məkanının hərbi mənimsənilməsindən qaynaqlanır və səbəb aradan qaldırıldıqdan sonra Avropa sülh və firavanlıq zonasına çevrilə bilər. Bu, ABŞ-a uyğun olacaqmı? Mübahisəli məsələdir.