https://sputnik.az/20221222/qaz-ittifaqi-tesebbusunun-hec-bir-siyasi-calarlari-yoxdur---qazaxistan-xn-449901434.html
Qaz ittifaqı təşəbbüsünün heç bir siyasi çalarları yoxdur - Qazaxıstan XİN
Qaz ittifaqı təşəbbüsünün heç bir siyasi çalarları yoxdur - Qazaxıstan XİN
Sputnik Azərbaycan
Qazaxıstan Rusiya tərəfindən rəsmi təklif aldıqdan sonra gələcək fəaliyyətində iqtisadi məqsədəuyğunluqdan və təşəbbüsün respublikanın maraqlarına... 22.12.2022, Sputnik Azərbaycan
2022-12-22T22:39+0400
2022-12-22T22:39+0400
2022-12-22T22:39+0400
qaz
dünya xəbərləri
qazaxıstan
rusiya
özbəkistan
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/18/447813288_0:159:3076:1889_1920x0_80_0_0_ab75b9c903301312875cf0aeac686193.jpg
BAKI, 22 dekabr — Sputnik. Rusiyanın "üçlü qaz ittifaqı" yaratmaq təklifi qaz təchizatı sahəsində kommersiya təklifidir və heç bir siyasi motivi yoxdur. Bunu Qazaxıstanın xarici işlər nazirinin müavini Almas Aydarov bildirib. "Birlik" sözü yəqin ki, bu işdə hamını gərginləşdirir. Biz bunda (təklifdə - red.) hansısa dövlətlərüstü qurumun və ya hansısa inteqrasiya institutunun yaradılmasını görmürük. Biz bunu qaz bazarlarının inteqrasiyası üçün kommersiya təklifi kimi qiymətləndiririk. Burada bu təklifdə hansısa siyasi alt məna axtarmağa ehtiyac yoxdur", - o, brifinqdə bildirib. Aydarov əlavə edib ki, Qazaxıstan Rusiya tərəfindən rəsmi təklif aldıqdan sonra gələcək fəaliyyətində iqtisadi məqsədəuyğunluqdan və təşəbbüsün respublikanın maraqlarına uyğunluğundan çıxış edəcək. "Bu, yalnız Rusiya tərəfinin şifahi təklifidir, o, heç bir rəsmi formada təqdim edilməyib. Bizə hər hansı təkliflər gələnə qədər, bu təklifin iqtisadi məqsədəuyğunluğundan və bizim maraqlarımıza uyğunluğundan çıxış edəcəyik", - deyə o bildirib. Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev noyabrın sonunda Kremldə keçirilən görüşdə Rusiya qazının nəqlində Qazaxıstan və Özbəkistanın iştirakı ilə "üçlü qaz ittifaqı"nın yaradılmasını müzakirə ediblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ilk mərhələdə "üçlü ittifaq" ideyası koordinasiya mexanizminin yaradılması imkanını nəzərdə tutur, lakin bu kimi məsələlər hələ də müzakirə edilməlidir. Rusiya baş nazirinin müavini Aleksandr Novak qeyd edib ki, Rusiya, Qazaxıstan və Özbəkistanın qaz sahəsində, o cümlədən qaz tədarükü və onun emalı sahəsində əməkdaşlıq üçün böyük potensialı var. Özbəkistanın energetika naziri Jurabek Mirzamaxmudov dekabrda bildirib ki, Özbəkistan qonşu ölkələrdən qaz və elektrik enerjisini hansısa ittifaq vasitəsilə deyil, kommersiya müqavilələri əsasında idxal etmək niyyətindədir. Qazaxıstanın Energetika Nazirliyi bəyan edib ki, qaz birliyi məsələsi üçtərəfli formatda müzakirə olunmayıb: ölkələr qaz nəqli sistemlərinin texniki imkanlarını müzakirə edirlər. Eyni zamanda, qaz sahəsində əməkdaşlıq hər üç tərəfin koordinasiyasını tələb edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/18/447813288_174:0:2903:2047_1920x0_80_0_0_54018d3527483e8303caa6acf4b85f8a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qaz, qazaxıstan, rusiya, özbəkistan
qaz, qazaxıstan, rusiya, özbəkistan
Qaz ittifaqı təşəbbüsünün heç bir siyasi çalarları yoxdur - Qazaxıstan XİN
Qazaxıstan Rusiya tərəfindən rəsmi təklif aldıqdan sonra gələcək fəaliyyətində iqtisadi məqsədəuyğunluqdan və təşəbbüsün respublikanın maraqlarına uyğunluğundan çıxış edəcək.
BAKI, 22 dekabr — Sputnik. Rusiyanın "üçlü qaz ittifaqı" yaratmaq təklifi qaz təchizatı sahəsində kommersiya təklifidir və heç bir siyasi motivi yoxdur. Bunu Qazaxıstanın xarici işlər nazirinin müavini Almas Aydarov bildirib.
"Birlik" sözü yəqin ki, bu işdə hamını gərginləşdirir. Biz bunda (təklifdə - red.) hansısa dövlətlərüstü qurumun və ya hansısa inteqrasiya institutunun yaradılmasını görmürük. Biz bunu qaz bazarlarının inteqrasiyası üçün kommersiya təklifi kimi qiymətləndiririk. Burada bu təklifdə hansısa siyasi alt məna axtarmağa ehtiyac yoxdur", - o, brifinqdə bildirib.
Aydarov əlavə edib ki, Qazaxıstan Rusiya tərəfindən rəsmi təklif aldıqdan sonra gələcək fəaliyyətində iqtisadi məqsədəuyğunluqdan və təşəbbüsün respublikanın maraqlarına uyğunluğundan çıxış edəcək.
"Bu, yalnız Rusiya tərəfinin şifahi təklifidir, o, heç bir rəsmi formada təqdim edilməyib. Bizə hər hansı təkliflər gələnə qədər, bu təklifin iqtisadi məqsədəuyğunluğundan və bizim maraqlarımıza uyğunluğundan çıxış edəcəyik", - deyə o bildirib.
Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev noyabrın sonunda Kremldə keçirilən görüşdə Rusiya qazının nəqlində Qazaxıstan və Özbəkistanın iştirakı ilə "üçlü qaz ittifaqı"nın yaradılmasını müzakirə ediblər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ilk mərhələdə "üçlü ittifaq" ideyası koordinasiya mexanizminin yaradılması imkanını nəzərdə tutur, lakin bu kimi məsələlər hələ də müzakirə edilməlidir. Rusiya baş nazirinin müavini Aleksandr Novak qeyd edib ki, Rusiya, Qazaxıstan və Özbəkistanın qaz sahəsində, o cümlədən qaz tədarükü və onun emalı sahəsində əməkdaşlıq üçün böyük potensialı var.
Özbəkistanın energetika naziri Jurabek Mirzamaxmudov dekabrda bildirib ki, Özbəkistan qonşu ölkələrdən qaz və elektrik enerjisini hansısa ittifaq vasitəsilə deyil, kommersiya müqavilələri əsasında idxal etmək niyyətindədir. Qazaxıstanın Energetika Nazirliyi bəyan edib ki, qaz birliyi məsələsi üçtərəfli formatda müzakirə olunmayıb: ölkələr qaz nəqli sistemlərinin texniki imkanlarını müzakirə edirlər. Eyni zamanda, qaz sahəsində əməkdaşlıq hər üç tərəfin koordinasiyasını tələb edir.