https://sputnik.az/20221222/mikayil-cabbarov-yeni-qerar-imzaladi-449910926.html
Mikayıl Cabbarov yeni qərar imzaladı
Mikayıl Cabbarov yeni qərar imzaladı
Sputnik Azərbaycan
Nazirliyin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim... 22.12.2022, Sputnik Azərbaycan
2022-12-22T16:19+0400
2022-12-22T16:19+0400
2022-12-22T16:19+0400
mikayıl cabbarov
cəmiyyət
qərar
lotereya
https://cdnn1.img.sputnik.az/img/07e5/07/17/427531427_0:0:3073:1728_1920x0_80_0_0_dabf327293a347a4b3969f0d6a96f80a.jpg
BAKI, 22 dekabr — Sputnik. İqtisadiyyat Nazirliyinin Kollegiyası "Lotereyaların təşkili və keçirilməsi Qaydası", "Virtual lotereyanın təşkili və keçirilməsi Qaydası" və "Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası"nı təsdiq edib. Bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb. Nazirliyin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin. Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2001-ci il tarixli fərmanına əsasən, Azərbaycan Respublikasında lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqları və qanuni mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxilolmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndimək məqsədilə "Azərlotereya" Açıq Səhmdar Cəmiyyəti yaradılıb. 2004-cü ildə respublikamızda "Lotereyalar haqqında" qanun qəbul edilib. 2019-cu ildə isə "Lotereyaların təşkili və keçirilməsi Qaydası" və "Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası" təsdiq edilib. Prezident İlham Əliyevin 2021-ci ilin yanvarında imzaladığı "Azərlotereya" Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" sərəncamına əsasən, "Azərlotereya" ASC Türkiyənin "Demirören Şans Oyunları Yatırımları A.Ş." şirkətinə idarəetməyə verilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/17/427531427_0:0:2731:2048_1920x0_80_0_0_71fb692485f9ea1e2987744fc00df66c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mikayıl cabbarov, qərar, lotereya
mikayıl cabbarov, qərar, lotereya
Mikayıl Cabbarov yeni qərar imzaladı
Nazirliyin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.
BAKI, 22 dekabr — Sputnik. İqtisadiyyat Nazirliyinin Kollegiyası "Lotereyaların təşkili və keçirilməsi Qaydası", "Virtual lotereyanın təşkili və keçirilməsi Qaydası" və "Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası"nı təsdiq edib.
Bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.
Nazirliyin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.
Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2001-ci il tarixli fərmanına əsasən, Azərbaycan Respublikasında lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqları və qanuni mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxilolmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndimək məqsədilə "Azərlotereya" Açıq Səhmdar Cəmiyyəti yaradılıb.
2004-cü ildə respublikamızda "Lotereyalar haqqında" qanun qəbul edilib. 2019-cu ildə isə "Lotereyaların təşkili və keçirilməsi Qaydası" və "Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası" təsdiq edilib.
Prezident İlham Əliyevin 2021-ci ilin yanvarında imzaladığı "Azərlotereya" Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" sərəncamına əsasən, "Azərlotereya" ASC Türkiyənin "Demirören Şans Oyunları Yatırımları A.Ş." şirkətinə idarəetməyə verilib.