CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mədəniyyət naziri vəzifəsinin müvəqqəti icrası Adil Kərimliyə həvalə edilib

© Дмитрий КоробейниковHökumət Evi, arxiv şəkli
Hökumət Evi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.12.2022
Abunə olmaq
Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilib.
BAKI, 22 dekabr — Sputnik. Adil Qabil oğlu Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə o, mədəniyyət nazirinin birinci müavini təyin olunub.
Bununla yanaşı, mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası mədəniyyət nazirinin birinci müavini Adil Kərimliyə həvalə edilib.
Xatırladaq ki, Azərbaycan Prezidentinin 8 oktyabr 2012-ci il tarixli sərəncamı ilə Adil Qabil oğlu Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini təyin edilmişdi.
Qeyd edək ki, Mədəniyyət naziri Anar Kərimov vəzifəsindən azad olunub. Müvafiq Sərəncamı Prezident İlham Əliyev imzalayıb. A.Kərimov bu vəzifəyə 2021-ci il yanvarın 5-də təyin olunmuşdu.
Xəbər lenti
0