https://sputnik.az/20221222/energetika-nazirliyi-ayb-le-memorandum-imzalayib-449915891.html
Energetika Nazirliyi AYİB-lə memorandum imzalayıb
Energetika Nazirliyi AYİB-lə memorandum imzalayıb
Sputnik Azərbaycan
Prezidentin yeni inkişaf siyasətinə uyğun olaraq ölkəmizdə enerji sektoru bərpa olunan enerji mənbələri və səmərəliliyə əsaslanan modelə transformasiya olunur. 22.12.2022, Sputnik Azərbaycan
2022-12-22T23:01+0400
2022-12-22T23:01+0400
2022-12-22T23:01+0400
energetika
iqtisadiyyat
avropa
bank
memorandum
nazirlik
https://cdnn1.img.sputnik.az/img/42296/39/422963995_0:320:3072:2048_1920x0_80_0_0_1377339c4f5263f86daa0e1ddfd39a1e.jpg
BAKI, 22 dekabr — Sputnik. Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında onlayn formatda elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində ölkəmizdə aşağı karbonlu elektroenergetika sektorunun inkişafına nail olmaq məqsədilə bərpa olunan enerjinin təşviqinə, şəbəkənin təkmilləşdirilməsinə, enerji səmərəliliyinin artırılmasına, metan emissiyalarının azaldılmasına dəstək, həmçinin "yaşıl hidrogen" də daxil olmaqla innovativ texnologiyaların mərhələli şəkildə araşdırılması və tətbiqi üzrə əməkdaşlıq nəzərdə tutulur. Bu əməkdaşlıq çərçivəsində ilkin olaraq "Azərbaycanın elektroenergetika sektorunda aşağı karbonlu həll yolları" texniki yardım layihəsi həyata keçiriləcək. Bu çərçivədə enerji sektorunun dekarbonizasiyası üçün müvafiq siyasət və texnologiyalarla bağlı tövsiyələrdən ibarət yol xəritəsinin hazırlanması nəzərdə tutulur. "Prezidentin yeni inkişaf siyasətinə uyğun olaraq ölkəmizdə enerji sektoru bərpa olunan enerji mənbələri və səmərəliliyə əsaslanan modelə transformasiya olunur. AYİB ilə imzaladığımız bu sənəd elektroenergetika sektorunun enerji və ətraf mühitlə bağlı müasir qlobal çağırışlara uyğun inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Birgə əməkdaşlığımız Azərbaycanın "təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi"nə çevrilməsinə, həmçinin 2050-ci ilə qədər istixana qazları emissiyalarının 40% azaldılması və işğaldan azad edilmiş ərazilərdə netto sıfır emissiya zonasının yaradılması ilə bağlı genişmiqyaslı fəaliyyətinə də töhfə verəcək", - deyə nazir Pərviz Şahbazov bildirib. "Bu Memorandum Azərbaycan Hökuməti ilə AYİB arasında bərpa olunan enerji mənbələrinin əsas rol oynayacağı elektroenergetika sektorunda aşağı karbonlu həll yollarının hazırlanması üzrə gələcək əməkdaşlığa təkan verəcəkdir. Biz, Paris Sazişinin dekarbonizasiya üzrə öhdəliklərinə uyğun olaraq, ölkənin istixana qazı emissiyalarını azaldaraq, qaz sərfiyyatını əlverişli olan külək və günəş enerjisi ilə əvəz etmək yolunda Azərbaycana dəstək olmaqdan məmnunuq", - deyə AYİB-nin Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Nandita Parşad qeyd edib. Nazirlik və Bank arasında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək, bərpa olunan enerji mənbələri üzrə hərracların keçirilməsi və kiçik miqyaslı bərpa olunan enerji layihələri üçün normativ-hüquqi bazanın yaradılması sahələrində uzun illər davam edən əməkdaşlıq mövcuddur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42296/39/422963995_271:0:3002:2048_1920x0_80_0_0_f9f0de39cf79bb4c06f93f24f33e2d71.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
energetika, avropa, bank, memorandum, nazirlik
energetika, avropa, bank, memorandum, nazirlik
Energetika Nazirliyi AYİB-lə memorandum imzalayıb
Prezidentin yeni inkişaf siyasətinə uyğun olaraq ölkəmizdə enerji sektoru bərpa olunan enerji mənbələri və səmərəliliyə əsaslanan modelə transformasiya olunur.
BAKI, 22 dekabr — Sputnik. Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında onlayn formatda elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumu imzalanıb.
Memorandum çərçivəsində ölkəmizdə aşağı karbonlu elektroenergetika sektorunun inkişafına nail olmaq məqsədilə bərpa olunan enerjinin təşviqinə, şəbəkənin təkmilləşdirilməsinə, enerji səmərəliliyinin artırılmasına, metan emissiyalarının azaldılmasına dəstək, həmçinin "yaşıl hidrogen" də daxil olmaqla innovativ texnologiyaların mərhələli şəkildə araşdırılması və tətbiqi üzrə əməkdaşlıq nəzərdə tutulur. Bu əməkdaşlıq çərçivəsində ilkin olaraq "Azərbaycanın elektroenergetika sektorunda aşağı karbonlu həll yolları" texniki yardım layihəsi həyata keçiriləcək. Bu çərçivədə enerji sektorunun dekarbonizasiyası üçün müvafiq siyasət və texnologiyalarla bağlı tövsiyələrdən ibarət yol xəritəsinin hazırlanması nəzərdə tutulur.
"Prezidentin yeni inkişaf siyasətinə uyğun olaraq ölkəmizdə enerji sektoru bərpa olunan enerji mənbələri və səmərəliliyə əsaslanan modelə transformasiya olunur. AYİB ilə imzaladığımız bu sənəd elektroenergetika sektorunun enerji və ətraf mühitlə bağlı müasir qlobal çağırışlara uyğun inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Birgə əməkdaşlığımız Azərbaycanın "təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi"nə çevrilməsinə, həmçinin 2050-ci ilə qədər istixana qazları emissiyalarının 40% azaldılması və işğaldan azad edilmiş ərazilərdə netto sıfır emissiya zonasının yaradılması ilə bağlı genişmiqyaslı fəaliyyətinə də töhfə verəcək", - deyə nazir Pərviz Şahbazov bildirib.
"Bu Memorandum Azərbaycan Hökuməti ilə AYİB arasında bərpa olunan enerji mənbələrinin əsas rol oynayacağı elektroenergetika sektorunda aşağı karbonlu həll yollarının hazırlanması üzrə gələcək əməkdaşlığa təkan verəcəkdir. Biz, Paris Sazişinin dekarbonizasiya üzrə öhdəliklərinə uyğun olaraq, ölkənin istixana qazı emissiyalarını azaldaraq, qaz sərfiyyatını əlverişli olan külək və günəş enerjisi ilə əvəz etmək yolunda Azərbaycana dəstək olmaqdan məmnunuq", - deyə AYİB-nin Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Nandita Parşad qeyd edib.
Nazirlik və Bank arasında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək, bərpa olunan enerji mənbələri üzrə hərracların keçirilməsi və kiçik miqyaslı bərpa olunan enerji layihələri üçün normativ-hüquqi bazanın yaradılması sahələrində uzun illər davam edən əməkdaşlıq mövcuddur.