CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda müəllimlərin orta aylıq əməkhaqqı açıqlanıb

© Sputnik / Ilham MustafayevMəktəbdə dərs, arxiv şəkli
Məktəbdə dərs, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.12.2022
Abunə olmaq
2021-2022-ci tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 470 517 şagirdin təlim-tərbiyəsi ilə 29 115 müəllim məşğul olub.
BAKI, 22 dekabr — Sputnik. Orta aylıq əməkhaqqı 867 manat təşkil edib. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Qeyd edilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 2022-ci təqvim ilində 867 manat təşkil edib.
2021-2022-ci tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 470 517 şagirdin təlim-tərbiyəsi ilə 29 115 müəllim məşğul olub.
© Sputnik / Murad OrujovManat, arxiv şəkli
Купюра номиналом в  200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.12.2022
Manat, arxiv şəkli
Xatırladaq ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 2021-ci ildə 741 manat təşkil edib. Beləliklə, bu il keçən illə müqayisədə əməkhaqqında 126 manat artım var.
Onu da bildirək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artaraq 827,9 manat olub.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Xəbər lenti
0