https://sputnik.az/20221222/baki-elet-yolunda-hereket-qismen-mehdudlasdirilacaq-449897968.html
Bakı-Ələt yolunda hərəkət qismən məhdudlaşdırılacaq
Bakı-Ələt yolunda hərəkət qismən məhdudlaşdırılacaq
Sputnik Azərbaycan
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. 22.12.2022, Sputnik Azərbaycan
2022-12-22T10:55+0400
2022-12-22T10:55+0400
2022-12-22T10:59+0400
cəmiyyət
bakı
bakı-ələt yolu
hərəkət
https://cdnn1.img.sputnik.az/img/42432/68/424326850_0:170:1440:980_1920x0_80_0_0_10ae938cc7885945f9a001f7739536c4.jpg
BAKI, 22 dekabr — Sputnik. Dekabrın 24-dən 25-nə keçən gecə Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 25-ci km-də (Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun qarşısında) avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmır). Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, buna səbəb yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılmasıdır. Qurum sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş edib. "Zığ dairəsi"ndə yeni yerüstü piyada keçidinin inşası davam etdirilir Xatırladaq ki, Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır. Bu istiqamətdə Zığ dairəsinin yaxınlığında yeni yerüstü piyada keçidinin tikintisi davam edir. Layihə üzrə keçidin uzunluğu 52.55 metr, aşırım hissəsinin uzunluğu 46.95 metr, eni 2.83 metr, pilləkənlərin eni 2.7 metrdir. Yol səviyyəsindən hündürlüyü 5.7 metr təşkil edən keçid orta dayaqdan ibarət, metal konstruksiyalıdır. İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq. Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, təhlükəsizlik kameralarının quraşdırılması, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub. Artıq keçidin dayaq hissələrinin beton və metal işləri, aşırım hissəsinin metal konstruksiyasının bir hissəsi üzrə işlər tamamlanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42432/68/424326850_0:0:1440:1080_1920x0_80_0_0_5224392353203957d83187beecfca5ec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
bakı, bakı-ələt yolu, hərəkət
bakı, bakı-ələt yolu, hərəkət
Bakı-Ələt yolunda hərəkət qismən məhdudlaşdırılacaq
10:55 22.12.2022 (Yenilənib: 10:59 22.12.2022) Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
BAKI, 22 dekabr — Sputnik. Dekabrın 24-dən 25-nə keçən gecə Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 25-ci km-də (Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun qarşısında) avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmır).
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, buna səbəb yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılmasıdır.
Qurum sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş edib.
"Zığ dairəsi"ndə yeni yerüstü piyada keçidinin inşası davam etdirilir
Xatırladaq ki, Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Bu tədbirlər çərçivəsində Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.
Bu istiqamətdə Zığ dairəsinin yaxınlığında yeni yerüstü piyada keçidinin tikintisi davam edir.
Layihə üzrə keçidin uzunluğu 52.55 metr, aşırım hissəsinin uzunluğu 46.95 metr, eni 2.83 metr, pilləkənlərin eni 2.7 metrdir.
Yol səviyyəsindən hündürlüyü 5.7 metr təşkil edən keçid orta dayaqdan ibarət, metal konstruksiyalıdır. İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.
Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, təhlükəsizlik kameralarının quraşdırılması, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.
Artıq keçidin dayaq hissələrinin beton və metal işləri, aşırım hissəsinin metal konstruksiyasının bir hissəsi üzrə işlər tamamlanıb.