Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan liderinin fəaliyyəti ən dərin hörmətə layiqdir - Sergey Lebedev

© Sputnik / Nina Zotina / Mediabanka keçidSergey Lebedev
Sergey Lebedev - Sputnik Azərbaycan, 1920, 22.12.2022
Abunə olmaq
MDB İcraiyyə Komitəsinin sədri Azərbaycan Prezidentini təbrik edib.
BAKI, 22 dekabr — Sputnik. MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
"Möhtərəm İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Ali dövləti vəzifənizdə müstəqil və gündən-günə firavanlaşan Azərbaycan naminə səmərəli fəaliyyətiniz ən dərin hörmətə layiqdir.
Sizin rəhbərliyinizlə həyata keçirilən strateji kurs ölkənizin regionda və beynəlxalq arenada nüfuzunun və rolunun daim artmasına yönəlib.
İqtisadi potensialın möhkəmləndirilməsi, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması həmişə Sizin işinizin əsas prioritetləri olub və prioritetləri olaraq qalmaqdadır.
Fürsətdən istifadə edib Müstəqil Dövlətlər Birliyi məkanında qarşılıqlı tərəfdaşlıq fəaliyyətinin genişləndirilməsi məsələlərində ardıcıl və konstruktiv mövqeyinizə, MDB İcraiyyə Komitəsinin fəaliyyətini daim dəstəklədiyinizə görə Sizə səmimi minnətdarlığımı bildirirəm.
Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və çoxşaxəli dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".
Xəbər lenti
0