DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Serj Sarkisyanın ailəsi məhkəmə qarşısına çıxacaq

© Sputnik Stringer / Mediabanka keçidЭкс-президент Армении Серж Саргсян во время пресс-конференции, фото из архива
Экс-президент Армении Серж Саргсян во время пресс-конференции, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.12.2022
Abunə olmaq
Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi xatırladıb ki, məhkəmə iclasına gəlməmək işə baxılmasına maneə deyil.
BAKI, 21 dekabr — Sputnik. Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan, qızları Anuş və Satenik qanunsuz yolla əldə edilmiş əmlakla bağlı iş üzrə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə dəvət olunublar. Bu barədə Sputnik Ermənistan məlumat yayıb.
Qeyd olunur ki, onlar bu iş üzrə təqsirləndirilən şəxs qismində tanınırlar və ilk məhkəmə iclası 2023-cü il yanvarın 19-na təyin edilib.
Həmin gün eks-prezidentin qardaşı oğlu Narek Sarkisyan və həyat yoldaşı Anna Nikoyan məhkəməyə çağırılıb. Onlar 19 yanvar 2023-cü ildə məhkəməyə gəlməlidirlər.
Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi xatırladıb ki, məhkəmə iclasına gəlməmək işə baxılmasına maneə deyil.
Xatırladaq ki, Ermənistan Respublikasının üçüncü prezidenti Levon Sarkisyanın qardaşı, qızı Ani və oğlu Narek də qanunsuz varlanmada, bəyan edilməli olan əmlakı gizlətməkdə ittiham olunurlar. Levon Sarkisyana qarşı axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. Ani və Narek Sarkisyan ev dustaqlığındadırlar.
Xəbər lenti
0