NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft bazarında dalğalanma yaşanır

© AP Photo / Ariel SchalitГаз
Газ - Sputnik Azərbaycan, 1920, 21.12.2022
Abunə olmaq
Ötən həftə ABŞ-ın kommersiya xam neft ehtiyatları 3,6 milyon barel azalaraq təxminən 421 milyon 59 min barel olub.
BAKI, 21 dekabr — Sputnik. Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.
London birjasında "Brent" markalı neftin qiyməti 0,04 dollar azalaraq 79,95 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,9 dollar bahalaşaraq 76,09 dollar olub.
Azərbaycan neftinin qiyməti 0,35 dollar azalaraq 84,08 dollar olub.
Qeyd edək ki, ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 3,6 milyon barel azalaraq təxminən 421 milyon 59 min barel təşkil edib. ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
Xatırladaq ki, bundan öncə müxtəlif ölkələrin mərkəzi banklarının faiz dərəcələrini artırmasından sonra neftin qiyməti düşüb.
Dekabr iclasında ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcəsini gözlənildiyi kimi illik 4,25-4,5% səviyyəsinədək artırıb. Bundan başqa, Avropa Mərkəzi Bankı və Böyük Britaniya Mərkəzi Bankı faiz dərəcələrini 50 faiz bəndi artıraraq müvafiq olaraq 2,5% və 3,5%-ə çatdırıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Xəbər lenti
0