https://sputnik.az/20221221/meleyke-abbaszade-muraciet-olarsa-suruculuk-imtahanlarini-kecire-bilerik-449890794.html
Məleykə Abbaszadə: Müraciət olarsa, sürücülük imtahanlarını keçirə bilərik
Məleykə Abbaszadə: Müraciət olarsa, sürücülük imtahanlarını keçirə bilərik
Sputnik Azərbaycan
"Biz hansısa imtahanı keçirmək üçün heç kimlə danışıq aparmırıq. Hökumət nə sifariş verirsə, onu yerinə yetiririk", – Abbaszadə qeyd edib. 21.12.2022, Sputnik Azərbaycan
2022-12-21T22:47+0400
2022-12-21T22:47+0400
2022-12-21T22:47+0400
məleykə abbaszadə
cəmiyyət
imtahan
dövlət imtahan mərkəzi
https://cdnn1.img.sputnik.az/img/41513/89/415138979_0:0:2000:1125_1920x0_80_0_0_abb2d610d4c63390e2a947b59bc352ad.jpg
BAKI, 21 dekabr — Sputnik. "Müraciət olarsa, sürücülük imtahanlarını keçirə bilərik". Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. "Hesab edirəm ki, biliklərin yoxlanılmasında hansısa formatda prosesə qoşula bilərik. Lakin təbii ki, real sürücülük qabiliyyətini yoxlaya bilmərik. Yeni imtahan mərkəzində bunun üçün imkanımız olacaq. Biz hansısa imtahanı keçirmək üçün heç kimlə danışıq aparmırıq. Hökumət nə sifariş verirsə, onu yerinə yetiririk" – o qeyd edib. Qeyd edək ki, imtahanların qəbulu və "Al", "A", "B", "C", "D", "BE", "CE" və "DE" kateqoriyalarına aid nəqliyyat vasitələrinin, tramvay və trolleybusun idarə edilməsi üçün sürücülük vəsiqələrinin verilməsi Dövlət Yol Polisinin qeydiyyat-imtahan məntəqəsi tərəfindən aparılır. Traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi Kənd Təsərrüfatı Nazirliyinin Daxili İşlər Nazirliyi və Təhsil Nazirliyi ilə razılaşdırılmış təlimatı əsasında həyata keçirilir. “C”, “D”, “BE”, “CE” və “DE” kateqoriyalarına aid nəqliyyat vasitələrindən birinin, “tramvay” və “trolleybusun” idarə edilməsi məqsədi ilə sürücülük vəsiqəsi almaq üçün fiziki şəxslər, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsiilə razılaşdırılmış vahid tədris planları və proqramları əsasında tədris müəssisələrində hazırlıq kursları keçməlidirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41513/89/415138979_254:0:1961:1280_1920x0_80_0_0_af15c7d098ea3f6860639d4f1f679698.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
məleykə abbaszadə, imtahan, dövlət imtahan mərkəzi
məleykə abbaszadə, imtahan, dövlət imtahan mərkəzi
Məleykə Abbaszadə: Müraciət olarsa, sürücülük imtahanlarını keçirə bilərik
"Biz hansısa imtahanı keçirmək üçün heç kimlə danışıq aparmırıq. Hökumət nə sifariş verirsə, onu yerinə yetiririk", – Abbaszadə qeyd edib.
BAKI, 21 dekabr — Sputnik. "Müraciət olarsa, sürücülük imtahanlarını keçirə bilərik".
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
"Hesab edirəm ki, biliklərin yoxlanılmasında hansısa formatda prosesə qoşula bilərik. Lakin təbii ki, real sürücülük qabiliyyətini yoxlaya bilmərik. Yeni imtahan mərkəzində bunun üçün imkanımız olacaq. Biz hansısa imtahanı keçirmək üçün heç kimlə danışıq aparmırıq. Hökumət nə sifariş verirsə, onu yerinə yetiririk" – o qeyd edib.
Qeyd edək ki, imtahanların qəbulu və "Al", "A", "B", "C", "D", "BE", "CE" və "DE" kateqoriyalarına aid nəqliyyat vasitələrinin, tramvay və trolleybusun idarə edilməsi üçün sürücülük vəsiqələrinin verilməsi Dövlət Yol Polisinin qeydiyyat-imtahan məntəqəsi tərəfindən aparılır.
Traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi Kənd Təsərrüfatı Nazirliyinin Daxili İşlər Nazirliyi və Təhsil Nazirliyi ilə razılaşdırılmış təlimatı əsasında həyata keçirilir.
“C”, “D”, “BE”, “CE” və “DE” kateqoriyalarına aid nəqliyyat vasitələrindən birinin, “tramvay” və “trolleybusun” idarə edilməsi məqsədi ilə sürücülük vəsiqəsi almaq üçün fiziki şəxslər, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsiilə razılaşdırılmış vahid tədris planları və proqramları əsasında tədris müəssisələrində hazırlıq kursları keçməlidirlər.