https://sputnik.az/20221221/gelen-ilden-icbari-tibbi-xidmetlerde-bezi-xestelikler-ucun-limit-artirilacaq-449883879.html
Gələn ildən icbari tibbi xidmətlərdə bəzi xəstəliklər üçün limit artırılacaq
Gələn ildən icbari tibbi xidmətlərdə bəzi xəstəliklər üçün limit artırılacaq
Sputnik Azərbaycan
Fizioterapiya xidmətləri üzrə il ərzində 10 prosedur, koxlear implantasiya üzrə 300 əməliyyat, oynaqdaxili endroprotezlərin yerləşdirilməsi üzrə 300 əməliyyat... 21.12.2022, Sputnik Azərbaycan
2022-12-21T19:43+0400
2022-12-21T19:43+0400
2022-12-21T20:03+0400
icbari tibbi sığorta
səhiyyə
zərf
icbari tibbi sığorta üzrə dövlət agentliyi
https://cdnn1.img.sputnik.az/img/42318/91/423189110_0:44:2000:1169_1920x0_80_0_0_340da7a39cbb8cce0712519f5356b849.jpg
BAKI, 21 dekabr — Sputnik. Gələn ildən icbari tibbi sığorta üzrə xidmətlərdə bəzi xəstəliklər üçün limit artırılacaq. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bu gün icbari tibbi sığorta üzrə seminarda deyib. O qeyd edib ki, hazırda bir sıra xəstəliklər üzrə limit mövcuddur. Fizioterapiya xidmətləri üzrə il ərzində 10 prosedur, koxlear implantasiya üzrə 300 əməliyyat, oynaqdaxili endroprotezlərin yerləşdirilməsi üzrə 300 əməliyyat limiti mövcuddur. O əlavə edib ki, gələn ildən bu limitlərin artırılması nəzərdə tutulur. Xatırladaq ki, hazırda "Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri" cədvəlinə ümumilikdə 2550 sayda tibbi xidmət daxildir. Sığortaolunan tibbi göstərişi olan hallarda Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər. Qeyd edək ki, hər il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşların tibb müəssisələrinə müraciətlərini araşdırır, ən çox rast gəlinən xəstəlikləri, ən çox müraciət edilən tibbi xidmətləri və Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlərə ehtiyacları müəyyənləşdirir. Bütün bunların nəticəsində də Xidmətlər Zərfinə dəyişikliklərin edilməsi ilə bağlı əsaslandırılmış təklifin təqdim olunması barədə qərar verilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42318/91/423189110_227:0:2000:1330_1920x0_80_0_0_0c19362eb361897fa15a87e5422598ff.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
icbari tibbi sığorta, zərf, icbari tibbi sığorta üzrə dövlət agentliyi
icbari tibbi sığorta, zərf, icbari tibbi sığorta üzrə dövlət agentliyi
Gələn ildən icbari tibbi xidmətlərdə bəzi xəstəliklər üçün limit artırılacaq
19:43 21.12.2022 (Yenilənib: 20:03 21.12.2022) Fizioterapiya xidmətləri üzrə il ərzində 10 prosedur, koxlear implantasiya üzrə 300 əməliyyat, oynaqdaxili endroprotezlərin yerləşdirilməsi üzrə 300 əməliyyat limiti mövcuddur
BAKI, 21 dekabr — Sputnik. Gələn ildən icbari tibbi sığorta üzrə xidmətlərdə bəzi xəstəliklər üçün limit artırılacaq.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bu gün icbari tibbi sığorta üzrə seminarda deyib.
O qeyd edib ki, hazırda bir sıra xəstəliklər üzrə limit mövcuddur. Fizioterapiya xidmətləri üzrə il ərzində 10 prosedur, koxlear implantasiya üzrə 300 əməliyyat, oynaqdaxili endroprotezlərin yerləşdirilməsi üzrə 300 əməliyyat limiti mövcuddur.
O əlavə edib ki, gələn ildən bu limitlərin artırılması nəzərdə tutulur.
Xatırladaq ki, hazırda "Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri" cədvəlinə ümumilikdə 2550 sayda tibbi xidmət daxildir. Sığortaolunan tibbi göstərişi olan hallarda Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər.
Qeyd edək ki, hər il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşların tibb müəssisələrinə müraciətlərini araşdırır, ən çox rast gəlinən xəstəlikləri, ən çox müraciət edilən tibbi xidmətləri və Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlərə ehtiyacları müəyyənləşdirir. Bütün bunların nəticəsində də Xidmətlər Zərfinə dəyişikliklərin edilməsi ilə bağlı əsaslandırılmış təklifin təqdim olunması barədə qərar verilir.