Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ermənistan Laçın dəhlizi ətrafında vəziyyəti süni şəkildə şişirtməkdə ittiham edildi

© Photo : AZƏRTACПостоянный представитель Азербайджана при ООН Яшар Алиев, фото из архива
Постоянный представитель Азербайджана при ООН Яшар Алиев, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.12.2022
Abunə olmaq
Suveren dövlətin təbii sərvətlərinin qeyri-qanuni istismarı ilə yanaşı, mədən işləri kifayət qədər ekoloji nəzarət, tullantı sularının təmizlənməsi və meliorasiya işləri aparılmadan, ekoloji və texniki normalara riayət edilmədən həyata keçirilib.
BAKI, 21 dekabr — Sputnik. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Ermənistanın Laçın dəhlizinin bağlaması ilə bağlı ittihamlarını rədd edib, İrəvanın iddialarının əsassız və yalan olduğunu qeyd edib.
BMT Təhlükəsizlik Şurasında Xankəndi-Gorus avtomobil yolu (Laçın dəhlizi) ətrafında vəziyyətin müzakirəsi zamanı daimi nümayəndə Ermənistanın bu məsələ ilə bağlı süni şəkildə problem yaratdığını bildirib və humanitar yüklərin daşınması üçün heç bir maneənin olmadığını vurğulayıb.
"Laçın yolu ətrafında yaranmış vəziyyətə gəlincə, Azərbaycan Ermənistanın tamamilə yalan olan bütün iddialarını qətiyyətlə rədd edir. Laçın yolu tamamilə Azərbaycan ərazisində, Laçın rayonu ərazisində yerləşir. Bu rayon Ermənistan Silahlı Qüvvələri tərəfindən 1992-ci ilin mayında işğal olunub", - azərbaycanlı diplomat bildirib.
Onun sözlərinə görə, 44 günlük müharibədən sonra, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannamənin 6-cı bəndinə uyğun olaraq, Laçın rayonu Azərbaycana qaytarılarkən Azərbaycan Laçın yolu ilə hərəkət edən insanların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə zəmanət verməyi öhdəsinə götürüb.
"Vəziyyətin guya humanitar nəticələri ilə bağlı iddialar da yalandır. Bölgədə yerli əhalinin mallarla və əsas tibbi xidmətlərlə təminatına heç bir maneə yoxdur. Bu, Ermənistanın açıq-aşkar pis niyyətli siyasi məqsədlər üçün manipulyasiyasının növbəti təzahüründən başqa bir şey deyil", - daimi nümayəndə vurğulayıb.
Eyni zamanda, o, Azərbaycanın təbii sərvətlərinin Ermənistan tərəfindən qeyri-qanuni istismarına diqqət çəkib. Yaşar Əliyev vurğulayıb ki, bu, regionda "ekoloji terrordur".
"Suveren dövlətin təbii sərvətlərinin qeyri-qanuni istismarı ilə yanaşı, mədən işləri kifayət qədər ekoloji nəzarət, tullantı sularının təmizlənməsi və meliorasiya işləri aparılmadan, ekoloji və texniki normalara riayət edilmədən həyata keçirilib", - daimi nümayəndə bildirib.
Yaşar Əliyev əlavə edib ki, Ermənistan üçtərəfli bəyanatlar üzrə öhdəliklərini hələ də yerinə yetirməyib. Xüsusilə Ermənistan Azərbaycan ərazilərini minalamaqda davam edir. "Bu ilin avqust ayından indiyədək Azərbaycanın suveren ərazisində 2021-ci ildə Ermənistanda istehsal edilən 2700-dən çox mina aşkar edilib", - o vurğulayıb.
O bildirib ki, Ermənistan hələ də öz silahlı qüvvələrini və qanunsuz silahlı birləşmələri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdən çıxarmayıb.
"Ermənistan beynəlxalq hüququ və Üçtərəfli Bəyannamənin bəndlərini pozur, Laçın yolundan hərbi məqsədlər üçün, o cümlədən silahlı qüvvələrin şəxsi heyətinin rotasiyası və əraziyə silahların ötürülməsi üçün fəal şəkildə istifadə edir", - deyə daimi nümayəndə bildirib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin qurulması tam hüquqlu normallaşma yolu ilə təhlükəsiz, sabit və firavan Cənubi Qafqazın yaradılmasının açarıdır.
Xəbər lenti
0