CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bütün əmək müqavilələri elektron imzalanacaq - Nazir

© Sputnik / Murad OrujovƏmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev - Sputnik Azərbaycan, 1920, 21.12.2022
Abunə olmaq
Onun sözlərinə görə, növbəti ildə bunu qanunvericilik qaydasında da təsdiq etməyə başlayacağıq. Kağız əmək kitabçalarına ehtiyac qalmayacaq.
BAKI, 21 dekabr — Sputnik. "Bütün əmək müqavilələri elektron platforma üzərindən imzalanacaq. Növbəti ildə bunu qanunvericilik qaydasında da təsdiq etməyə başlayacağıq. Beləliklə, kağız əmək kitabçalarına ehtiyac qalmayacaq".
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Gələcəyə hazır ol!" Karyera İnkişaf Forumunda deyib.
O bildirib ki, rəqəmsallaşma nazirliyin əsas hədəflərindən biridir. Gündə orta hesabla 100 min insana xidmət göstərilir. Bu xidmətlərin keyfiyyətinə, operativliyinə əmin olmaq üçün xidmətlərin rəqəmsallaşdırılması önəmlidir.
"Bu ilin sonuna qədər 140 xidmət elektron platforma üzərindən vətəndaşlara təqdim ediləcək. Gələcəkdə xidmətlərimizin 90 faizi tam elektronlaşdırılacaq. Bunun böyük hissəsini məşğulluq xidmətləri təşkil edir", - deyə nazir əlavə edib.
Xəbər lenti
0