Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ali Məhkəməyə yeni hakimlər təyin ediləcək

© Photo : REPORTAli Məhkəmə
Ali Məhkəmə - Sputnik Azərbaycan, 1920, 21.12.2022
Abunə olmaq
"Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişiklik təklif olunur.
BAKI, 21 dekabr — Sputnik, Xalid Məmmədov. Azərbaycan Respubliaksının Ali Məhkəməsinə yeni hakimlər təyin ediləcək.
Bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişiklik təklif olunur.
Dəyişikliklə Naxçıvan Muxtar Respubliaksının Ali Məhkəməsinin hakimi (Kommersiya Kollegiyasının sədri) Xıdırov Əhliman Mehman oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Abdulov Rəşad Məhərrəm oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Zəki Baba oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Vidadi Məmməd oğlu və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Cəfərov Vidadi Cəfər oğlunun Azərbaycan Respubliaksının Ali Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı namizədliyi irəli sürülüb.
Qanuna dəyişiklik layihələri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyə olunub.
Xəbər lenti
0