CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abşeronda məzarlıqda müəmma-Baş daşları sındırılıb?

© Sputnik / Murad OrujovQəbiristanlıq, arxiv şəkli
Qəbiristanlıq, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.12.2022
Abunə olmaq
Sahə polis rəisi bildirib ki, 50 qəbirin dağıdılması xəbəri yalandır
BAKI, 21 dekabr — Sputnik. Abşeron rayonunda məzarlıqda qəbirlər dağılıb. Bu barədə Sputnik Azərbaycan-a sakinlər məlumat verib. Bildiriblər ki, Saray qəsəbəsindəki köhnə qəbiristanlıqda 50 qəbir dağıdılıb.
Sputnik Azərbaycan faktı dəqiqləşdirmək üçün Saray 13 saylı inzibati polis bölməsinin sahə rəisi, polis mayoru Bədrəddin Fərzəliyevlə əlaqə saxlayıb. Sahə polis rəisi bildirib ki, 50 qəbirin dağıdılması xəbəri yalandır:
"Sarayda köhnə qəbiristanlıq var. Orada cəmi dörd qəbir dağılıb. Bu gün Abşeron rRayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev də hadisə yerinə gəlmişdi. Qəbiristanlıq açıq bir ərazidədir. Orada qəbirlərin kiminsə dağıtdığı inandırıcı deyil. Çünki, qəbirlərin sinə daşları yerindədir. Yalnız baş daşları dağılıb. Biz güman edirik ki, bu dünənki güclü küləkdən sonra baş verib. O məzarlıq qədimdən salınıb. Baş daşlarına vurulan sement ovulur. Baş daşları aşan kimi zərbədən dağılıb".
Xəbər lenti
0