DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yunanıstan NATO təyyarəsinin uçuşuna mane olmağa cəhd göstərib

© AFP 2024 / Fabrice CoffriniF-18
F-18 - Sputnik Azərbaycan, 1920, 20.12.2022
Abunə olmaq
Yunanıstan ötən gün NATO "NEXUS ACE Ege" missiyası çərçivəsində Alyansın bir "E3-A AWACS" təyyarəsinin uçuşuna mane olmağa cəhd göstərib.
BAKI, 20 dekabr — Sputnik. Türkiyə Hərbi Hava Qüvvələri Yunanıstanın NATO təyyarələrinin uçuşuna mane olmasının qarşısını alıb.
Məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, Yunanıstan ötən gün NATO "NEXUS ACE Ege" missiyası çərçivəsində Alyansın bir "E3-A AWACS" təyyarəsinin uçuşuna mane olmağa cəhd göstərib.
Bildirilib ki, "Package Arm" Egey dənizinin beynəlxalq hava məkanında uçarkən, Yunanıstana məxsus 5 fərqli hava bazasından havaya qalxan "F-16"lar radar kilidləri qoyaraq Türkiyə təyyarələrini sıxışdırıb. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 14 "F-16" qırıcısı, 1 "HİK", 1 "KC-135" hava tankeri və 1 "CASA" axtarış-xilasetmə təyyarəsi vasitəsi ilə maneni aradan qaldıraraq Yunanıstan tərəfinə cavab verib.
Yunanıstan təyyarələrinin NATO missiyasının qarşısını almaq cəhdlərinə baxmayaraq, "Paket Arm"dakı Türkiyə təyyarələri missiyanın uğurla başa çatması üçün uçuşlarını davam etdirib.
Bu missiya üçün 24 saat əvvəldən Hava Missiyası Sifarişi (ATO) tərtib edilib və NATO-dakı müttəfiqlər məlumatlandırılıb.
Xəbər lenti
0