https://sputnik.az/20221220/turk-dovletlerinin-onuncu-sammiti-2023-cu-ilde-qazaxistanda-kecirilecek-449826817.html
Türk dövlətlərinin onuncu sammiti 2023-cü ildə Qazaxıstanda keçiriləcək
Türk dövlətlərinin onuncu sammiti 2023-cü ildə Qazaxıstanda keçiriləcək
Sputnik Azərbaycan
TDT-nin bundan əvvəlki sammiti noyabrda Səmərqənddə baş tutub. 20.12.2022, Sputnik Azərbaycan
2022-12-20T12:42+0400
2022-12-20T12:42+0400
2022-12-20T12:42+0400
qazaxıstan
siyasət
türk dövlətləri təşkilatı
qazaxıstan respublikası
kasım-jomart tokayev
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/0b/448466410_101:0:2734:1481_1920x0_80_0_0_8b0a647bbf846aa825d4b7f7837c0c5f.jpg
BAKI, 20 dekabr — Sputnik. Türk Dövlətləri Təşkilatının (TDT) növbəti sammiti 2023-cü ildə Qazaxıstanda keçiriləcək. Bu barədə respublika rəhbəri Qasım-Jomart Tokayevin Mətbuat Xidməti məlumat yayıb. "TDT-nin növbəti, 10-cu yubiley sammiti 2023-cü ildə Qazaxıstanda keçiriləcək", - Mətbuat Xidmətinin məlumatında deyilir. Press-relizdə həmçinin bildirilir ki, Tokayev çərşənbə axşamı TDT-nin baş katibi Kubanıçbek Ömüraliyevi qəbul edib və onu bu vəzifəyə (Baş katib) təyin olunması münasibətilə təbrik edib. "Qasım-Jomart Tokayev qeyd edib ki, Qazaxıstan təşkilatın təsisçilərindən biri kimi türk dövlətləri ilə çoxtərəfli əməkdaşlığın inkişafında maraqlıdır və katibliyin işinə maksimum dəstək verəcək", - deyə Mətbuat Xidməti bildirib. Tokayevin fikrincə, bu gün türk xalqlarının əməkdaşlığının və birliyinin möhkəmləndirilməsi üçün unikal platforma kimi TDT-nin rolu və əhəmiyyəti xeyli artıb. Bir çox dövlətlər və beynəlxalq təşkilatlar TDT ilə ticarət-iqtisadi, mədəni-humanitar əlaqələri genişləndirmək niyyətində olduqlarını bildirirlər. 2009-cu ildə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) 2021-ci ilin noyabrında İstanbul Zirvə toplantısında adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatına çevrilməsinə qərar verib. Təşkilatda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan, Türkmənistan və Macarıstan müşahidəçi qismində iştirak edirlər. Bundan əvvəlki sammit noyabrda Səmərqənddə baş tutub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/0b/448466410_430:0:2405:1481_1920x0_80_0_0_cc90882d842d0258ea79b7d853369745.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qazaxıstan, türk dövlətləri təşkilatı, qazaxıstan respublikası, kasım-jomart tokayev
qazaxıstan, türk dövlətləri təşkilatı, qazaxıstan respublikası, kasım-jomart tokayev
Türk dövlətlərinin onuncu sammiti 2023-cü ildə Qazaxıstanda keçiriləcək
TDT-nin bundan əvvəlki sammiti noyabrda Səmərqənddə baş tutub.
BAKI, 20 dekabr — Sputnik. Türk Dövlətləri Təşkilatının (TDT) növbəti sammiti 2023-cü ildə Qazaxıstanda keçiriləcək.
Bu barədə respublika rəhbəri Qasım-Jomart Tokayevin Mətbuat Xidməti məlumat yayıb.
"TDT-nin növbəti, 10-cu yubiley sammiti 2023-cü ildə Qazaxıstanda keçiriləcək", - Mətbuat Xidmətinin məlumatında deyilir.
Press-relizdə həmçinin bildirilir ki, Tokayev çərşənbə axşamı TDT-nin baş katibi Kubanıçbek Ömüraliyevi qəbul edib və onu bu vəzifəyə (Baş katib) təyin olunması münasibətilə təbrik edib.
"Qasım-Jomart Tokayev qeyd edib ki, Qazaxıstan təşkilatın təsisçilərindən biri kimi türk dövlətləri ilə çoxtərəfli əməkdaşlığın inkişafında maraqlıdır və katibliyin işinə maksimum dəstək verəcək", - deyə Mətbuat Xidməti bildirib.
Tokayevin fikrincə, bu gün türk xalqlarının əməkdaşlığının və birliyinin möhkəmləndirilməsi üçün unikal platforma kimi TDT-nin rolu və əhəmiyyəti xeyli artıb. Bir çox dövlətlər və beynəlxalq təşkilatlar TDT ilə ticarət-iqtisadi, mədəni-humanitar əlaqələri genişləndirmək niyyətində olduqlarını bildirirlər.
2009-cu ildə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) 2021-ci ilin noyabrında İstanbul Zirvə toplantısında adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatına çevrilməsinə qərar verib. Təşkilatda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan, Türkmənistan və Macarıstan müşahidəçi qismində iştirak edirlər.
Bundan əvvəlki sammit noyabrda Səmərqənddə baş tutub.