https://sputnik.az/20221220/prezident-lham-eliyevin-siyaseti-ile-bagli-konfrans-kecirilib-449835805.html
Prezident İlham Əliyevin siyasəti ilə bağlı konfrans keçirilib
Prezident İlham Əliyevin siyasəti ilə bağlı konfrans keçirilib
Sputnik Azərbaycan
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Prezident İlham Əliyev siyasəti: Dünyəvilik və Multikultural dəyərlər" adlı konfrans təşkil edib. 20.12.2022, Sputnik Azərbaycan
2022-12-20T14:14+0400
2022-12-20T14:14+0400
2022-12-20T16:47+0400
siyasət
prezident ilham əliyev
dini qurumlarla iş üzrə dövlət komitəsi
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/13/449802465_0:88:3326:1959_1920x0_80_0_0_adc1470b679ffd09bd8448aa4cf9e1ff.jpg
BAKI, 20 dekabr — Sputnik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Prezident İlham Əliyev siyasəti: Dünyəvilik və Multikultural dəyərlər" adlı konfrans keçirilib. Konfransda Azərbaycandakı müxtəlif dini icmaların nümayəndələri, Milli Məclisin deputatları, həmçinin media mənsubları iştirak ediblər. Konfransda Prezident İlham Əliyevin dünyəvilik və multikultural dəyərləri siyasi formada tənzimləməsi qeyd olunub, bu yöndə fikirlər səsləndirilib. Mili Məclisin deputatı Ceyhun Məmmədov Qarabağ münaqişəsində dini məsələlərin siyasi rolundan bəhs edib: "Ermənistan uzun illərdir deyir ki, Qarabağdakı münaqişə müsəlman-xristian münaqişəsidir. Müharibə dövründə də bu siyasət davam etdirildi. Lakin nəticə əldə edilmədi. Çünki Azərbaycanın həyata keçirdiyi siyasət bizim mövqeyimizin dəstəklənməsinə səbəb oldu. Azərbaycan tolerantlığın, multikulturalizmin mərkəzlərindən biri sayılır. Bu, həqiqətdir". Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bəzi dini qruplar daxilində dünyəvilik prinsipinə qarşı müəyyən fikirlərin səsləndirildiyini diqqətə çatdırıb: "Bütün bunlar şəriət qanunları ilə müəyyən kanonik qanunların üz-üzə qoyulması deməkdir. Lakin bu, hər zaman uğursuzluqla nəticələnir. Çünki Azərbaycana dünyəvilik kənardan ixrac edilmir. Bu, Azərbaycanın özünün sahib olduğu dəyərdir". Çıxışlar bitdikdən sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/13/449802465_299:0:3028:2047_1920x0_80_0_0_50eb59127f955857dc6f078e2e51dd4e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, dini qurumlarla iş üzrə dövlət komitəsi
prezident ilham əliyev, dini qurumlarla iş üzrə dövlət komitəsi
Prezident İlham Əliyevin siyasəti ilə bağlı konfrans keçirilib
14:14 20.12.2022 (Yenilənib: 16:47 20.12.2022) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Prezident İlham Əliyev siyasəti: Dünyəvilik və Multikultural dəyərlər" adlı konfrans təşkil edib.
BAKI, 20 dekabr — Sputnik. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Prezident İlham Əliyev siyasəti: Dünyəvilik və Multikultural dəyərlər" adlı konfrans keçirilib.
Konfransda Azərbaycandakı müxtəlif dini icmaların nümayəndələri, Milli Məclisin deputatları, həmçinin media mənsubları iştirak ediblər.
Konfransda Prezident İlham Əliyevin dünyəvilik və multikultural dəyərləri siyasi formada tənzimləməsi qeyd olunub, bu yöndə fikirlər səsləndirilib.
Mili Məclisin deputatı Ceyhun Məmmədov Qarabağ münaqişəsində dini məsələlərin siyasi rolundan bəhs edib: "Ermənistan uzun illərdir deyir ki, Qarabağdakı münaqişə müsəlman-xristian münaqişəsidir. Müharibə dövründə də bu siyasət davam etdirildi. Lakin nəticə əldə edilmədi. Çünki Azərbaycanın həyata keçirdiyi siyasət bizim mövqeyimizin dəstəklənməsinə səbəb oldu. Azərbaycan tolerantlığın, multikulturalizmin mərkəzlərindən biri sayılır. Bu, həqiqətdir".
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bəzi dini qruplar daxilində dünyəvilik prinsipinə qarşı müəyyən fikirlərin səsləndirildiyini diqqətə çatdırıb:
"Bütün bunlar şəriət qanunları ilə müəyyən kanonik qanunların üz-üzə qoyulması deməkdir. Lakin bu, hər zaman uğursuzluqla nəticələnir. Çünki Azərbaycana dünyəvilik kənardan ixrac edilmir. Bu, Azərbaycanın özünün sahib olduğu dəyərdir".
Çıxışlar bitdikdən sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb.