https://sputnik.az/20221220/olkede-issizliyin-seviyyesi-qadinlar-ve-kisiler-arasinda-nece-deyisir-449832190.html
Ölkədə işsizliyin səviyyəsi qadınlar və kişilər arasında necə dəyişir?
Ölkədə işsizliyin səviyyəsi qadınlar və kişilər arasında necə dəyişir?
Sputnik Azərbaycan
Ötən il ərzində Dövlət Komitəsinə daxil olmuş vətəndaş müraciətlərinin təhlili ilkin olaraq belə bir təəssürat yaradır ki, ölkə ərazisində cinsi mənsubiyyətə... 20.12.2022, Sputnik Azərbaycan
2022-12-20T14:50+0400
2022-12-20T14:50+0400
2022-12-20T14:50+0400
ofis
cəmiyyət
bahar muradova
ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/03/13/426505446_0:164:3056:1883_1920x0_80_0_0_b195b5e414239a1e52fabfaabba79bd4.jpg
BAKI, 20 dekabr — Sputnik. Ötən il Azərbaycanda işsizliyin səviyyəsi qadınlar arasında 58%, kişilər arasında 42% olub. Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova parlamentin dekabrın 20-də keçirilən plenar iclasında çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanda qanunvericiliyin gender ekspertizasının aparılması qaydasının müəyyən edilməsi və onların icra vəziyyətinin gender bərabərlliyi baxımından monitorinqi zəruridir. Komitə sədrinin sözlərinə görə, ötən il ərzində Dövlət Komitəsinə daxil olmuş vətəndaş müraciətlərinin təhlili ilkin olaraq belə bir təəssürat yaradır ki, ölkə ərazisində cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin ən geniş yayılmış forması məişət zorakılığı olaraq qalıb: "Lakin məlumdur ki, ayrı-seçkiliyin digər təzahürlərini yaradan mənfi gender stereotipləri kişi və qadınların düşüncə və davranışına təsir etməklə belə halların onlar tərəfindən məhz hüquq pozuntusu kimi qəbul edilməsinə əngəl yaradır və nəticədə müdafiə üçün mövcud imkanlardan istifadə edilmir. Odur ki, ayrı-seçkiliyin bütün formalarının aşkar edilməsi və aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir". B.Muradova qeyd edib ki, 2021-ci ildə ölkə üzrə iqtisadi fəal və məşğul əhalinin tərkibində kişilərin sayı qadınların sayına nisbətən çox olub: "İşsizliyin səviyyəsi qadınlar arasında 58%, kişilər arasında 42% olub. Ötən il kişilərlə qadınların orta aylıq əmək haqqları arasındakı fərq azalıb və paritetə doğru yüksələn dinamika üzrə irəliləyir. Ümumtəhsil məktəblərində şagirdlərin cins bölgüsü arasındakı fərq cəmi 7%-dir. Qadınlar daha çox orta ixtisas təhsilinə, kişilər isə peşəyönumlü təhsilə üstünlük verirlər".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/13/426505446_164:0:2893:2047_1920x0_80_0_0_769e357e00f390cd34dee8d7cf2db9ca.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ofis, bahar muradova, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
ofis, bahar muradova, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
Ölkədə işsizliyin səviyyəsi qadınlar və kişilər arasında necə dəyişir?
Ötən il ərzində Dövlət Komitəsinə daxil olmuş vətəndaş müraciətlərinin təhlili ilkin olaraq belə bir təəssürat yaradır ki, ölkə ərazisində cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin ən geniş yayılmış forması məişət zorakılığı olaraq qalıb.
BAKI, 20 dekabr — Sputnik. Ötən il Azərbaycanda işsizliyin səviyyəsi qadınlar arasında 58%, kişilər arasında 42% olub.
Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova parlamentin dekabrın 20-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanda qanunvericiliyin gender ekspertizasının aparılması qaydasının müəyyən edilməsi və onların icra vəziyyətinin gender bərabərlliyi baxımından monitorinqi zəruridir.
Komitə sədrinin sözlərinə görə, ötən il ərzində Dövlət Komitəsinə daxil olmuş vətəndaş müraciətlərinin təhlili ilkin olaraq belə bir təəssürat yaradır ki, ölkə ərazisində cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin ən geniş yayılmış forması məişət zorakılığı olaraq qalıb:
"Lakin məlumdur ki, ayrı-seçkiliyin digər təzahürlərini yaradan mənfi gender stereotipləri kişi və qadınların düşüncə və davranışına təsir etməklə belə halların onlar tərəfindən məhz hüquq pozuntusu kimi qəbul edilməsinə əngəl yaradır və nəticədə müdafiə üçün mövcud imkanlardan istifadə edilmir. Odur ki, ayrı-seçkiliyin bütün formalarının aşkar edilməsi və aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir".
B.Muradova qeyd edib ki, 2021-ci ildə ölkə üzrə iqtisadi fəal və məşğul əhalinin tərkibində kişilərin sayı qadınların sayına nisbətən çox olub:
"İşsizliyin səviyyəsi qadınlar arasında 58%, kişilər arasında 42% olub. Ötən il kişilərlə qadınların orta aylıq əmək haqqları arasındakı fərq azalıb və paritetə doğru yüksələn dinamika üzrə irəliləyir. Ümumtəhsil məktəblərində şagirdlərin cins bölgüsü arasındakı fərq cəmi 7%-dir. Qadınlar daha çox orta ixtisas təhsilinə, kişilər isə peşəyönumlü təhsilə üstünlük verirlər".