https://sputnik.az/20221220/miqrasiya-xidmetinin-xususi-rutbesi-olan-emekdaslarinin-maaslari-tenzimlenecek-449845675.html
Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının maaşları tənzimlənəcək
Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının maaşları tənzimlənəcək
Sputnik Azərbaycan
Qanuna əsasən, gələn il yanvarın 1-dən miqrasiya orqanlarının işçiləri hər ay maaşlarının 1,1 misli məbləğində vəzifə maaşlarına əlavə alacaqlar. 20.12.2022, Sputnik Azərbaycan
2022-12-20T22:03+0400
2022-12-20T22:03+0400
2022-12-20T22:03+0400
miqrasiya
azərbaycan xəbərləri
prezident
https://cdnn1.img.sputnik.az/img/42131/36/421313687_0:62:1600:962_1920x0_80_0_0_a96d2753f804091adeca01dc3f5b88e0.jpg
BAKI, 20 dekabr — Sputnik. Prezident İlham Əliyev "Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə maaşlarının tənzimlənməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən Azərbaycan Respublikasında müvafiq vəzifələrdə olan dövlət qulluqçularının aylıq vəzifə maaşları səviyyəsində müəyyən edilib. Nazirlər Kabineti: - bu Sərəncama uyğun olaraq, Xidmətin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğlərini iki ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; - bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. Xidmət xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri barədə təkliflərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir. Miqrasiya orqanlarının işçiləri maaşlarının 1,1 misli məbləğində əlavə alacaqlar. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" qanunda əksini tapıb. Qanuna əsasən, gələn il yanvarın 1-dən miqrasiya orqanlarının işçiləri hər ay maaşlarının 1,1 misli məbləğində vəzifə maaşlarına əlavə alacaqlar
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42131/36/421313687_118:0:1482:1023_1920x0_80_0_0_076645b2673c5ea607037a7f67e18bad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
miqrasiya, prezident
Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının maaşları tənzimlənəcək
Qanuna əsasən, gələn il yanvarın 1-dən miqrasiya orqanlarının işçiləri hər ay maaşlarının 1,1 misli məbləğində vəzifə maaşlarına əlavə alacaqlar.
BAKI, 20 dekabr — Sputnik. Prezident İlham Əliyev "Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə maaşlarının tənzimlənməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən Azərbaycan Respublikasında müvafiq vəzifələrdə olan dövlət qulluqçularının aylıq vəzifə maaşları səviyyəsində müəyyən edilib.
- bu Sərəncama uyğun olaraq, Xidmətin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğlərini iki ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Xidmət xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri barədə təkliflərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
Miqrasiya orqanlarının işçiləri maaşlarının 1,1 misli məbləğində əlavə alacaqlar. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" qanunda əksini tapıb.
Qanuna əsasən, gələn il yanvarın 1-dən miqrasiya orqanlarının işçiləri hər ay maaşlarının 1,1 misli məbləğində vəzifə maaşlarına əlavə alacaqlar