DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Mask uğursuzluğun astanasındadır: o, artıq dünyanın ən zəngin insanı deyil

© Ryan Lash / TED Conferences, LLC / AFPMask
Mask  - Sputnik Azərbaycan, 1920, 20.12.2022
Abunə olmaq
Bu, həqiqətən də baş verib? "Forbes" və "Bloomberg" eyni vaxtda İlon Maskın dünyanın zənginləri sıralamasında birinci pilləni itirdiyini təsdiqləyiblər. İndi bu yer "LVMH" lüks mallar istehsal edən şirkətinin rəhbəri Bernard Arnaulta məxsusdur.
BAKI, 20 dekabr — Sputnik. İlon Maskın sərvəti hazırda 178 milyard dollar, Arnaultun sərvəti isə 188 milyard dollar təşkil edir. Bu barədə "Forbes" jurnalı məlumat verib.
"Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask artıq dünyanın ən zənginləri siyahısında "bir nömrə" deyil. "Forbes" və "Bloomberg"in məlumatına görə, hazırda reytinqdə "Louis Vuitton" və 70-dən çox başqa lüks brendlərin tanınmış sahibi fransız Bernard Arnault liderlik edir.
İlon Maska nə oldu?
Mask ilk dəfə 2021-ci ilin yazında milyarderlər siyahısına liderlik edib. O zaman onun kapitalı 219 milyard dollar qiymətləndirilib. Bu ona "Amazon"un qurucusu Ceff Bezosu üstəliyərək birinci yerdə olmasına imkan verib. "Forbes" Bezosun sərvətini 171 milyard dollar qiymətləndirib. Arno isə o zaman üçüncü yerdə olub. Onun sərvəti 158 milyard dollar qiymətləndirilib. Fransız öz kapitalını durmadan artırmağa davam edib.
Lakin Maskın problemləri artmağa başladı. Son zamanlar "Twitter" sosial şəbəkəsinin 44 milyard dollara satın alınması onu ciddi şəkildə sarsıtdı. Bu sövdələşməni başa çatdırmaq üçün İlon "Tesla"dakı səhmlərinin bir hissəsini satmalı oldu. "Twitter"i əldə etmək sövdələşməsi isə qalmaqallar və məhkəmə çəkişmələri ilə böyüdü. İlon Mask sevdiyi internet oyuncağını əldə etdi, lakin bütün bu uzun prosedur "Tesla" birja kotirovkalarına mənfi təsir göstərdi. "Forbes"in məlumatına görə, nəticədə Maskın sərvəti hazırda 178 milyard dollar təşkil edir.
"Tesla" səhmlərinə gəldikdə, Mask "Wall Street" üçün super qəhrəmandan sevilməz insana çevrilib, çünki səhmlərin həddən artıq təklifi hər tvitlə artır", - deyə BBC investisiya şirkətinin nümayəndələrindən biri sitat gətirir.
Maskın digər hərəkətləri də "Tesla"nın dəyərini aşağı saldı: O, "Twitter"i əldə etmək üçün avtomobil istehsalçısının səhmlərini milyardlarla dollara satdı. Bundan əlavə, investorlar iqtisadiyyatda ümumi tənəzzül fonunda "Tesla" elektrik avtomobillərinə tələbatın azalmasından qorxurlar.
Bernard Arnaulta gəlincə isə, reytinqin bu "qocası" ilk dəfə 2020-ci ildə zənginlər üçlüyünə daxil olub. "Forbes" şirkətinin məlumatına görə, o vaxtdan bəri Arnault ailəsinin sərvəti iki dəfədən çox artıb – 76 milyard dollardan 158 milyard dollara qədər. Onun şirkəti 1987-ci ildə "Louis Vuitton" və "Moët Hennessy" şirkətinin birləşməsi nəticəsində yaranıb. "LVMH" hazırda 70-dən çox lüks brendləri birləşdirir. 2021-ci ildə Avropanın ən bahalı şirkəti kimi tanınıb.
Xatırladaq ki, Bernard Arnaultun hekayəsi 1980-ci illərin ortalarında, "Christian Dior" moda evini almaq üçün ailə tikinti biznesindən 15 milyon dollar götürdüyü zaman başlayıb. Sonra fransız bu işdən elə bir zövq aldı ki, bir-birinin ardınca lüks brendlər almağa başladı və öz lüks biznes imperiyasını yaratdı. Bir il əvvəl "LVMH" "Tiffany" zərgərlik brendini 16,2 milyard dollara aldı, bu da lüks mallar seqmentində ən böyük alış oldu.
Arnault mesenat (xeyriyyəçi) və kolleksiyaçıdır. 2014-cü ildə o, müasir incəsənət muzeyini açıb. Bu bina 135 milyon dollar dəyərində müasir dövrün əsas memarlardan biri olan Frenk Qeri tərəfindən layihələndirilib.
Xəbər lenti
0