https://sputnik.az/20221220/dovlet-xidmetleri-ucun-vetendaslardan-teleb-edilen-senedler-minimuma-endirilir-449833682.html
Dövlət xidmətləri üçün vətəndaşlardan tələb edilən sənədlər minimuma endirilir
Dövlət xidmətləri üçün vətəndaşlardan tələb edilən sənədlər minimuma endirilir
Sputnik Azərbaycan
Qanun layihələrinin qəbulu vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırlılmasına və vaxt itkisinin... 20.12.2022, Sputnik Azərbaycan
2022-12-20T21:44+0400
2022-12-20T21:44+0400
2022-12-20T21:44+0400
dövlət
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442221205_0:105:2000:1230_1920x0_80_0_0_ca621627ef98fc3d6c50419a6a22f507.jpg
BAKI, 20 dekabr - Sputnik. Vətəndaşlara elektron dövlət xidmətlərinin göstərilməsi işinin təkmilləşdirilməsi və bu zaman onlardan tələb olunan sənədlərin minimuma endirilməsi ilə bağlı 47 qanuna dəyişikliklər edilib. Dəyişikliklər Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Dəyişikliklərin əsas məqsədi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı"nın müvafiq bəndinin tələblərinin sahəvi qanunlarda əks olunmasıdır. Qeyd edək ki, Milli Fəaliyyət Planının 4.2-ci bəndində nəzərdə tutulur ki, dövlət xidmətinin göstərilməsi üçün zəruri olan sənəd və ya məlumat digər dövlət qurumunda mövcud olduğu halda, həmin sənədin və ya məlumatın vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan alınmasının təmin edilməsi üçün bu prinsipin sahəvi normativ hüquqi aktlarda təsbit edilməsi, habelə bu prinsipə əsaslanan elektron xidmətlərin sayının artırılması təmin edilməlidir. Bu məsələnin sahəvi qanunlarda əks olunması həmin tələbin daha işlək və tətbiqedilən olmasını təmin edəcək. Qanun layihələrinin qəbulu vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırlılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına, habelə ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edəcək. Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442221205_110:0:1890:1335_1920x0_80_0_0_f82ed551f44e3cd28a7dbdd325d09c9d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dövlət
Dövlət xidmətləri üçün vətəndaşlardan tələb edilən sənədlər minimuma endirilir
Qanun layihələrinin qəbulu vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırlılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına xidmət edəcək.
BAKI, 20 dekabr - Sputnik. Vətəndaşlara elektron dövlət xidmətlərinin göstərilməsi işinin təkmilləşdirilməsi və bu zaman onlardan tələb olunan sənədlərin minimuma endirilməsi ilə bağlı 47 qanuna dəyişikliklər edilib.
Dəyişikliklər Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliklərin əsas məqsədi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı"nın müvafiq bəndinin tələblərinin sahəvi qanunlarda əks olunmasıdır.
Qeyd edək ki, Milli Fəaliyyət Planının 4.2-ci bəndində nəzərdə tutulur ki, dövlət xidmətinin göstərilməsi üçün zəruri olan sənəd və ya məlumat digər dövlət qurumunda mövcud olduğu halda, həmin sənədin və ya məlumatın vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan alınmasının təmin edilməsi üçün bu prinsipin sahəvi normativ hüquqi aktlarda təsbit edilməsi, habelə bu prinsipə əsaslanan elektron xidmətlərin sayının artırılması təmin edilməlidir. Bu məsələnin sahəvi qanunlarda əks olunması həmin tələbin daha işlək və tətbiqedilən olmasını təmin edəcək.
Qanun layihələrinin qəbulu vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırlılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına, habelə ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edəcək.
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.