Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Dövlət qulluqçularının potensialının artırılması üçün hansı addımlar atılacaq?

© Mark Wilson / Getty Images / AFPməmur
məmur - Sputnik Azərbaycan, 1920, 20.12.2022
Abunə olmaq
Tədbirdə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Ukrayna və Özbəkistanın dövlət qulluğu orqanlarının rəhbər şəxsləri, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının sədrləri və bir sıra digər vəzifəli şəxslər iştirak ediblər.
BAKI, 20 dekabr — Sputnik. Bakıda Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM), Dövlət Qulluğu üzrə Astana Regional Xab (Xab) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Dövlət Qulluğu Komissiyasının birgə təşkilatçılığı ilə "21-ci əsrdə dövlət qulluğunda nailiyyət əsaslı insan resurslarının idarə edilməsi" adlı beynəlxalq seminar keçirilir.
Tədbirdə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Ukrayna və Özbəkistanın dövlət qulluğu orqanlarının rəhbər şəxsləri, dövlət sektorunda insan resurslarının idarə edilməsi siyasətinin formalaşdırılması və həyata keçirilməsinə cavabdeh olan dövlət qurumlarının nümayəndələri, Dövlət İdarəçilik Akademiyalarının rektorları, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının sədrləri və bir sıra digər vəzifəli şəxslər iştirak edirlər.
Tədbirin məqsədi müasir insan resurslarının idarə edilməsində dövlət qulluğu sisteminin komponentlərinin – işə qəbul, fəaliyyətin qiymətləndirilməsi, rotasiya, motivasiya sistemi, eləcə də informasiya texnologiyaları və süni intellektin müasir təcrübələrə təsiri və s. mövzuların müzakirəsi, həmçinin iştirakçı ölkələrin qabaqcıl təcrübələrinin paylaşılmasıdır.
Seminarı giriş sözü ilə açan DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çıxışında insan kapitalının dövlət idarəçiliyində səmərəli istifadə olunması, dövlət qulluqçularının potensialının üzə çıxarılması, dövlət orqanlarında vakant vəzifələrin tutulması, dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafı və dövlət qulluğunda islahatların aparılması prosesində mövcud olan aktual məsələləri vurğulayıb.
Daha sonra çıxış edən Dövlət Qulluğu üzrə Astana Regional Xabın Rəhbər Komitəsinin sədri Alixan Baimenov belə bir mötəbər tədbirin təşkili üçün Azərbaycana minnətdarlıq edib və seminar çərçivəsində aparılan müzakirələrin Xaba üzv dövlətlər arasında mövcud əməkdaşlığa, gələcək islahatlara müsbət töhfə verəcəyinə inandığını bildirib.
BMT-nin Beynəlxalq Dövlət Qulluğu Komissiyasının İnsan resursları və siyasəti şöbəsinin müdiri xanım Henrietta Maria De Beer çıxışında insan kapitalının əhəmiyyəti, onların potensialından səmərəli istifadə və keyfiyyətli ictimai xidmətlərin göstərilməsində insan resurslarının rolunu qeyd edib və seminar iştirakçılarına uğurlar arzulayıb.
Seminarın 2 gün davam etməsi nəzərdə tutulur.
Tədbirin ilk günü BMT ekspertləri tərəfindən insan resurslarının idarə edilməsi funksiyasının strateji icmalı, dövlət qulluğu subyektlərinin üzləşdiyi müasir problemlər, nailiyyət prinsipləri, müxtəliflik, motivasiya və bir sıra digər mövzulara dair BMT-nin təcrübəsi nümayiş olunacaq və mövzu ətrafında müzakirələr aparılacaq.
Bu gün, həmçinin, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə qonaqlar mədəni proqram çərçivəsində Azərbaycan tarixini əks etdirən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ilə də yaxından tanış olacaqlar.
Seminarın növbəti günü isə dövlət qulluğunda seçim, fəaliyyətin qiymətləndirilməsi, karyeranın idarə edilməsi və inkişafı sahəsində səriştələrdən istifadədə, səriştələrə əsaslanan təlim, həmçinin İT və süni intellektin seçim, işə qəbul, karyera idarəçiliyi üzrə müasir təcrübələrə təsiri mövzuları ətrafında müzakirələr aparılacaq.
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə beynəlxalq seminarda çıxışı zamanı bildirib ki, Azərbaycanda islahatlar daim davam edir və 2018-ci ildə "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafı Strategiyası (2019-2025-ci illər)" qəbul edilib.
O qeyd edib ki, dövlət qulluğu sahəsində səriştə modelinə keçid daha peşəkar, bacarıqlı, şəxsi keyfiyyətləri yüksək olan vətəndaşların dövlət qulluğuna cəlb olunmasını təmin edir. Bu da nəticədə dövlət qulluğunun səmərəliliyini və vətəndaşlara dövlət adından göstərilən xidmətlərin şəffaflığını və effektivliyini göstərir: "Bildiyiniz kimi, insan kapitalından səmərəli istifadə olunması, dövlət qulluqçularının potensialının artırılması, dövlət orqanlarında vakant vəzifələrin tutulması, eləcə də dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafı dövlət qulluğunda islahatların aparılması prosesində mövcud olan aktual məsələlərdir.
Dövlət idarəetmə sistemində start verilmiş struktur və kadr islahatları standartların dəyişməsini sübut edir.
Azərbaycanda islahatlar daim davam edir və 2018-ci ildə "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafı Strategiyası (2019-2025-ci illər)" qəbul edilib. Strategiya dövlət qulluğunun müxtəlif sahələrində, o cümlədən kadr siyasətində kompleks islahatları, dövlət qulluğu sisteminin inkişafı üçün institusional quruculuğu, dövlət qulluqçularının rotasiyasını, dövlət qulluqçularının peşəkarlığını və işinin səmərəsini artırmaq məqsədilə səriştə və motivasiya modellərinin tətbiq olunmasını, xidməti fəaliyyətin qiymətləndirilməsini və s. nəzərdə tutur".
Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin dövlət qulluğu Strategiyasının həyata keçirilməsinə töhfə vermək və təşkilati strukturu və texniki bazanı gücləndirmək məqsədilə 2022-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə iki illik "Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək" layihəsini həyata keçirməyə başladığını diqqətə çatdırıb: "Layihə çərçivəsində dövlət qulluğuna qəbul, təlim və fəaliyyətin qiymətləndirilməsi üçün dövlət qulluğuna dair tələbləri, zəruri bacarıq və bilikləri və müvafiq qiymətləndirmə mexanizmlərini müəyyən edən yeni səriştə modelinin hazırlanması istiqamətində çoxşaxəli işlər görülüb".
Qeyd edək ki, tədbirin təşkilatçılarında olan BMT-nin Beynəlxalq Dövlət Qulluğu Komissiyası 1974-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən yaradılmış müstəqil ekspertiza orqanıdır.
Dövlət Qulluğu üzrə Astana Regional Xab isə 25 iştirakçı ölkə və 5 beynəlxalq təşkilat tərəfindən yaradılan effektiv tərəfdaşlıq və şəbəkə platforması nümunəsidir. Hazırda Xabın şəbəkəsində olan 42 ölkə arasında qarşılıqlı öyrənməyə əsaslanan üfüqi bilik mübadiləsi həyata keçirilir.
Xəbər lenti
0