Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Baş Prokurorluğun Mətbuat Xidmətinə rəhbər təyin olunub

© Official website of President of Azerbaijan RepublicГенеральная прокуратура Азербайджанской Республики
Генеральная прокуратура Азербайджанской Республики - Sputnik Azərbaycan, 1920, 20.12.2022
Abunə olmaq
Baş Prokuror Kamran Əliyev Saleh Hacıyevi Baş Prokurorluğun Mətbuat xidmətinə rəhbər təyin edib. O buna qədər Baş Prokurorun xüsusi məsələlər üzrə köməkçisi olub.
BAKI, 20 dekabr — Sputnik. Baş Prokurorluğun Mətbuat Xidmətinə rəhbər təyin edilib.
Bununla bağlı Baş Prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Hacıyev Saleh Ruslan oğlu bu vəzifəyə təyinat alıb.
Qeyd edək ki, Saleh Hacıyev buna qədər Baş Prokuror Kamran Əliyevin xüsusi məsələlər üzrə köməkçisi olub.
Xatırladaq ki, bir müddət əvvəl Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Günay Səlimzadə tutduğu vəzifədən azad olunaraq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müvafiq vəzifəyə təyin edilib.
Xəbər lenti
0