CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bahar Muradova: “Sığınacaqların sayı ehtiyaclara uyğun gəlmir”

© Sputnik / Anar MustafayevBahar Muradova
Bahar Muradova - Sputnik Azərbaycan, 1920, 20.12.2022
Abunə olmaq
Komitə sədri qeyd edib ki, mövcud olan sığınıcaqların sayında müəyyən çatışmazlıqlar var və bunun həlli üçün aidiyyəti qurumlarla bağlı işlər görülür.
BAKI, 20 dekabr - Sputnik. "Bu gün Azərbaycanda fəaliyyət göstərən sığınacaqların sayı ehtiyaclara uyğun gəlmir. Aidiyyəti dövlət qurumları ilə birgə bu məsələsinin üzərində iş aparırıq".
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova parlamentin dekabrın 20-də keçirilən plenar iclasında suallara cavabında deyib.
O qeyd edib ki, mövcud olan sığınıcaqların sayında müəyyən çatışmazlıqlar var və bunun həlli üçün aidiyyəti qurumlarla bağlı işlər görülür:
“Hazırda bütün iqtisadi rayonlarda krizis mərkəzlərinin yaradılması istiqamətində işlər başlayıb. Artıq Bakıda bir sığınacaq açılıb, ikisinin də yaxın zamanlarda regionlarda açılması gözlənilir. Ümumilikdə ölkədə 9 yardım mərkəzi var. Hazırda işləyənlərin 8-i qeyri-dövlət müəssisəsi, biri isə dövlətmüəssisəsidir. Onlardan üçü sığınacaq xidməti göstərir. Onlardan biri də Gəncədədir. Onların çarpayı sayı məhduddur. Ona görə də yaxın zamanlarda bunu həll edəcəyik”.
B.Muradova əlavə edib ki, azad edilən ərazilərdə müasir tipli iki ailə mərkəzi tikintisi nəzərdə tutulub: “Bu, 2023-2026-cı ildə həyata keçiriləcək. Eyni zamanda Bakı, Masallı və Xaçmaz olmaqla investisiya proqramında 3 ailə mərkəzinin açılması planlaşdırılır. İlkin olaraq həmin mərkəzlərin nəzdində məişət zorakılığına məruz qalanları qəbul etmək üçün məntəqələr olacaq. Bunu müvəqqəti sığınacaq kimi qəbul etmək olar. Bunun bütün iqtisadi rayonlarda açılması ilə bağlı məsələ qaldırılıb”.
Qeyd edək ki, Milli Məclis ölkəmizdə gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanı – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik hesabatını qəbul edib.
Hesabatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib.
Deputatlar rəy və təkliflərini bildirdikdən sonra Bahar Muradova onları maraqlandıran sualları cavablandırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik hesabatı səsvermədən sonra qəbul edilib.
Xəbər lenti
0