CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bahar Muradova: Qısqanclıq zəminində on mindən çox cinayətin qarşısı alınıb

© Sputnik / Anar MustafayevMilli Məclis sədrinin müavini Bahar Muradova
Milli Məclis sədrinin müavini Bahar Muradova - Sputnik Azərbaycan, 1920, 20.12.2022
Abunə olmaq
Komitə sədri bildirib ki, 2021-ci ildə məişət zorakılığı ilə bağlı 2197 cinayət qeydə alınıb və bu cinayətin hər beşindən biri qısqanclıq zəminində baş verib.
BAKI, 20 dekabr - Sputnik. Azərbaycanda cinsi ayrı-seçkiliyə görə pozuntular ən çox məişət zorakılığı ilə bağlıdır.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin bu gün keçirilən iclasında gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatını təqdim edərkən deyib.
O qeyd edib ki, ölkədə müvafiq qurumlar tərəfindən məişət zorakılığnın qarşısının alınması istiqamətində aparılan tədbirlər Milli Fəaliyyət planına uyğun olaraq həyata keçirilib.
B.Muradova bildirib ki, 2021-ci ildə məişət zorakılığı ilə bağlı 2197 cinayət qeydə alınıb və bu cinayətin hər beşindən biri qısqanclıq zəminində baş verib. Ötən il 10600 qısqanclıq zəminində cinayətin qarşısı alınıb. Təsəvvür edin, bunun qarşısı alınmasaydı, bu qədər cinayət qeydə alına bilərdi.
Komitə sədri bildirib ki, tərəfimizdən hazırlanmış "Azərbaycanda gender bərabərliyinin təmin edilməsi üzrə 2023-2025-ci Milli Fəaliyyət Planı"nın qəbul edilməsi bu sahədə çox mühüm addım olacaq.
Xatırladaq ki, Azərbaycan Prezidentinin 14 yanvar 1998-ci il Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.
Ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli zərurəti vahid dövlət idarəetmə orqanının təşkilini şərtləndirib. Bununla əlaqədar Azərbaycan Prezidentinin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Xəbər lenti
0