CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərpoçt" "Şuşa ili"nə həsr edilmiş 21 növ marka buraxıb

Azərpoçtun loqosu - Sputnik Azərbaycan, 1920, 20.12.2022
Abunə olmaq
Təqdim edilən 21 növ marka Şuşanın memarlığı, ədəbiyyatı, etnik mədəniyyəti, musiqi mədəniyyəti, flora və faunasını əhatə edir.
BAKI, 20 dekabr — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC "Şuşa ili"nə həsr edilmiş, şəhərlə bağlı 5 mövzunu əhatə edən 21 növ marka buraxıb.
Bunu jurnalistlərə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Əfqan Cəlilov bildirib.
O bildirib ki, ölkə prezidentinin 5 yanvar 2022-ci il tarixli sərəncamı çərçivəsində "Şuşa 270 il" adı altında markalar buraxılıb. Təqdim edilən 21 növ marka Şuşanın memarlığı, ədəbiyyatı, etnik mədəniyyəti, musiqi mədəniyyəti, flora və faunasını əhatə edir:
"Bu 5 istiqamətin müəyyən edilməsi üçün ciddi seçim oldu. Markaların 3-nü - "Yuxarı Gövhərağa Məscidi", "Saatlı məscidi" və "Vaqifin Məqbərəsi"ni xüsusi qeyd etmək istəyirəm. Çünki bu mədəniyyət obyektləri ilə bağlı vandalizm aktı ilə üzləşmişik. Həmin markalarda Şuşanın işğaldan əvvəlki və işğal dövründəki vəziyyətini göstərmişik. Ölkədən xaricə gedən konvertlərin üzərinə bu markalar vurulduqda insanlar bizim 30 il hansı vandalizm aktı ilə üzləşdiyimizin şahidi olacaqlar".
Xəbər lenti
0