https://sputnik.az/20221220/azerbaycanda-nikah-yasi-18-olmali-istisna-hallar-legv-edilmelidir--komite-sedri-449833823.html
Azərbaycanda nikah yaşı 18 olmalı, istisna hallar ləğv edilməlidir – Komitə sədri
Azərbaycanda nikah yaşı 18 olmalı, istisna hallar ləğv edilməlidir – Komitə sədri
Sputnik Azərbaycan
Bahar Muradova bəzən 17 yaşında olanlara ailə qurmağa icazə verildiyini, amma 18 yaşdan aşağı olanların ümumilikdə nikaha girməsinin qadağan edilməsinin... 20.12.2022, Sputnik Azərbaycan
2022-12-20T15:17+0400
2022-12-20T15:17+0400
2022-12-20T15:17+0400
nikah
cəmiyyət
ailə məcəlləsi
bahar muradova
ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/06/1d/427340814_0:0:3126:1759_1920x0_80_0_0_6d2065be3cdbfb518b71369f6f31273e.jpg
BAKI, 20 dekabr - Sputnik. Qanunvericilikdə nikah yaşı 18 qəbul edilməlidir. Bəzən 17 yaşında olanlara ailə qurmağa icazə verilir, amma biz 18 yaşdan aşağı olanların ümumilikdə nikaha girməsinin qadağan edilməsinin tərəfdarıyıq. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin bu gün keçirilən iclasında gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatını təqdim edərkən deyib. Komitə sədri bildirib ki, qanunvericilikdə nikah yaşı birmənalı 18 qəbul edilməli, heç bir istisna olmamalıdır: “Mən sizdən istisna halların aradan qaldırılması ilə bağlı dəstək istəyirəm. Bizdə erkən nikah ifadəsi var. Biz 17 yaşa tətbiq edilən istisna hallarını aradan qaldırsaq, erkən nikah ifadəsi dilimizdən çıxarılacaq”. Xatırladaq ki, Ailə Məcəlləsində 10-cu maddə "Nikahın yaşı" adlanır. Həmin maddəyə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Onu da bildirək ki, Milli Məclisin bu gün keçirilən iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı" müzakirə edilib. Sənəd barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məlumat verib. Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/1d/427340814_395:0:3126:2048_1920x0_80_0_0_43dcd64b569856411193c10347a6aa73.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
nikah, ailə məcəlləsi, bahar muradova, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
nikah, ailə məcəlləsi, bahar muradova, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
Azərbaycanda nikah yaşı 18 olmalı, istisna hallar ləğv edilməlidir – Komitə sədri
Bahar Muradova bəzən 17 yaşında olanlara ailə qurmağa icazə verildiyini, amma 18 yaşdan aşağı olanların ümumilikdə nikaha girməsinin qadağan edilməsinin tərəfdarı olduğunu diqqətə çatdırıb.
BAKI, 20 dekabr - Sputnik. Qanunvericilikdə nikah yaşı 18 qəbul edilməlidir. Bəzən 17 yaşında olanlara ailə qurmağa icazə verilir, amma biz 18 yaşdan aşağı olanların ümumilikdə nikaha girməsinin qadağan edilməsinin tərəfdarıyıq.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin bu gün keçirilən iclasında gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatını təqdim edərkən deyib.
Komitə sədri bildirib ki, qanunvericilikdə nikah yaşı birmənalı 18 qəbul edilməli, heç bir istisna olmamalıdır: “Mən sizdən istisna halların aradan qaldırılması ilə bağlı dəstək istəyirəm. Bizdə erkən nikah ifadəsi var. Biz 17 yaşa tətbiq edilən istisna hallarını aradan qaldırsaq, erkən nikah ifadəsi dilimizdən çıxarılacaq”.
Xatırladaq ki, Ailə Məcəlləsində 10-cu maddə "Nikahın yaşı" adlanır.
Həmin maddəyə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.
Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Onu da bildirək ki, Milli Məclisin bu gün keçirilən iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı" müzakirə edilib. Sənəd barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məlumat verib.
Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.