https://sputnik.az/20221220/azerbaycanda-en-cox-bahalasan-erzaqlar---cedvel-qymetler-449794584.html
Azərbaycanda ən çox bahalaşan ərzaqlar - CƏDVƏL, QİYMƏTLƏR
Azərbaycanda ən çox bahalaşan ərzaqlar - CƏDVƏL, QİYMƏTLƏR
Sputnik Azərbaycan
Ötən ay ən çox bahalaşan ərzaq məhsulları içərisində tərəvəzlər liderdir. Mərkəzi Bank inflyasiyanın aşağı düşəcəyini proqnozlaşdırır. 20.12.2022, Sputnik Azərbaycan
2022-12-20T09:01+0400
2022-12-20T09:01+0400
2022-12-20T09:01+0400
azərbaycan
iqtisadiyyat
qiymətlər
ərzaq
bahalaşma
https://cdnn1.img.sputnik.az/img/42412/26/424122635_0:0:3073:1728_1920x0_80_0_0_e3789489d36549c185d240421611c303.jpg
BAKI, 20 dekabr — Sputnik. Azərbaycanda ərzaq məhsullarının qiymətində artım davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, son 1 ildə ölkədə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 20,1 faiz qalxıb. Noyabrda aylıq müqayisədə isə ərzaq məhsulları, içkilər və tütün məmulatları 1,2 faiz bahalaşıb. Ən çox tərəvəzlər bahalaşıb Ötən ay ərzaqlar içərisində ən çox bahalaşma tərəvəzlərdə qeydə alınıb. Belə ki, tərəvəzlərin qiyməti aylıq müqayisədə 5,7 faiz yüksəlib. Məsələn, ötən ay pomidorun 1 kiloqramının orta qiyməti 1,82 manatdan 2,34 manata, xiyarın 1 kq-ı 1,01 manatdan 1,21 manata, yerli kartofun 1 kq-ı 1,39 manatdan 1,45 manata qalxıb. İkinci ən çox bahalaşma yumurtada qeydə alınıb. Belə ki, ötən ay yumurtanın qiyməti 3,2 faiz artıb. Noyabrda toyuq yumurtasının 10 ədədinin orta qiyməti 2,05 manatdan 2,11 manata yüksəlib. Bahalaşan ərzaqlar içərisində üçüncü yerdə çay, qəhvə, kakao gəlir. Bu məhsullarda 2,8 faiz artım qeydə alınıb. 500 qramlıq çayın orta qiyməti 11,87 manatdan 12,22 manata qalxıb. Çörək məmulatları və yarmalar, balıq və balıq məhsulları da aylıq müqayisədə 1 faiz bahalaşaraq ən çox yüksələn ərzaq məhsulları arasında yer alıb. Məsələn, 125 qramlıq şprot balıq konservləri 1,98 manatdan 2,02 manata, 125 qramlıq sayra, sardina balıq konservləri isə 1,69 manatdan 1,74 manata yüksəlib. Keçən ay ət və ət məhsulları, süd və süd məhsulları 0,8 faiz, qənd, cem, bal, şokolad və konfetlər 0,7 faiz, kərə və bitki yağları 0,5 faiz, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,4 faiz bahalaşıb.Məsələn, ötən ay sümüksüz mal ətinin 1 kq orta qiyməti 15,03 manatdan 15,19 manata, kərə yağı isə 19,55 manatdan 19,64 manata qalxıb. Meyvələrin qiyməti aşağı düşüb Ucuzlaşma isə ancaq meyvələrdə qeydə alınıb. Belə ki, aylıq müqayisədə meyvələrin qiymətləri 2 faiz ucuzlaşıb. Mərkəzi Bank inflyasiyanın aşağı düşəcəyini proqnozlaşdırır Azərbaycan Mərkəzi Bankından bildiriblər ki, inflyasiyanın dinamikasını müəyyənləşdirən amillər arasında xarici mənşəli xərc amilləri üstün mövqeyini saxlayır. Son 6 ayda dünya ərzaq qiymətlərinin 14 faiz azalması və tərəfdaşlarda orta çəkili inflyasiyanın nisbətən səngiməsi son aylar inflyasiya tempinin aşağı düşməsinə təsir edən amillərdən biri olub.Lakin bu təsir 6-9 ay zaman intervalında reallaşır. İnflyasiya əvvəlki ayda pik həddə çatıb və bundan sonra onun düşmə istiqamətində hərəkət edəcəyi gözlənilir. 2023-cü il üzrə inflyasiya proqnozunun təkrəqəmli səviyyədə olmasına baxmayaraq, inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksək qalır. Ekspertlərin fikrincə də, qiymət artımlarının əsas səbəbi idxal inflyasiyasıdır. Xarici amillər ölkədə qiymət artımına təsir göstərir. Bəzən işbazlar bu vəziyyətdən istifadə edib süni qiymət artımına gedirlər. Orta illik inflyasiya 13,8 faiz olub Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 19,5 faiz qalxıb. Noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, manna yarmasının, makaron məmulatlarının, peçenyenin, mal və toyuq ətinin, balıq konservlərinin, qatılaşdırılmış şəkərli südün, pendirin, yumurtanın, qarğıdalı yağının, bananın, xiyarın, pomidorun, kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, meyvə şirəsinin, ucuzlaşma isə əsasən narın, heyvanın, xurmanın, almanın, naringinin, limonun, kələmin, çuğundurun, sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Dövlət Xidməti qida bazarında monitorinqlər aparır Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinə riayət edilməsi ilə bağlı nəzarət tədbirləri həyata keçirir. Xidmətin dekabrın 13-də yaydığı məlumata görə, yağ məhsulları bazarında qiymət artımının səbəblərinin müəyyən olunması məqsədilə marqarin yağı, palma yağı, duru yağlar, bitki və heyvan mənşəli qarışıq yağ məhsulları barədə məlumatların təqdim edilməsi üçün əsas bazar iştirakçıları olan "Bakı Qida və Yağ Fabriki" MMC və "Sun Food" MMC-yə müraciət edilib. Lakin hər iki təsərrüfat subyekti tərəfindən məlumatlar təqdim olunmadığından onlara qarşı antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və hər iki müəssisəyə ayrı-ayrılıqda 5500 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti müvafiq sahədə araşdırmaları davam etdirir. Dövlət Xidməti tərəfindən araşdırmalar "Antiinhisar fəaliyyəti haqqında" qanun və Nazirlər Kabinetinin "Azərbaycanda antiinfliyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" 21 fevral 2022-ci il tarixli sərəncamı çərçivəsində həyata keçirilir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42412/26/424122635_0:0:2731:2048_1920x0_80_0_0_4ff2cd9a92c8d4eed3ecb81020940b35.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan, qiymətlər, ərzaq, bahalaşma
azərbaycan, qiymətlər, ərzaq, bahalaşma
BAKI, 20 dekabr — Sputnik. Azərbaycanda ərzaq məhsullarının qiymətində artım davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, son 1 ildə ölkədə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 20,1 faiz qalxıb. Noyabrda aylıq müqayisədə isə ərzaq məhsulları, içkilər və tütün məmulatları 1,2 faiz bahalaşıb.
Ən çox tərəvəzlər bahalaşıb
Ötən ay ərzaqlar içərisində ən çox bahalaşma tərəvəzlərdə qeydə alınıb. Belə ki, tərəvəzlərin qiyməti aylıq müqayisədə 5,7 faiz yüksəlib. Məsələn, ötən ay pomidorun 1 kiloqramının orta qiyməti 1,82 manatdan 2,34 manata, xiyarın 1 kq-ı 1,01 manatdan 1,21 manata, yerli kartofun 1 kq-ı 1,39 manatdan 1,45 manata qalxıb.
İkinci ən çox bahalaşma yumurtada qeydə alınıb. Belə ki, ötən ay yumurtanın qiyməti 3,2 faiz artıb. Noyabrda toyuq yumurtasının 10 ədədinin orta qiyməti 2,05 manatdan 2,11 manata yüksəlib.
Bahalaşan ərzaqlar içərisində üçüncü yerdə çay, qəhvə, kakao gəlir. Bu məhsullarda 2,8 faiz artım qeydə alınıb. 500 qramlıq çayın orta qiyməti 11,87 manatdan 12,22 manata qalxıb.
Çörək məmulatları və yarmalar, balıq və balıq məhsulları da aylıq müqayisədə 1 faiz bahalaşaraq ən çox yüksələn ərzaq məhsulları arasında yer alıb. Məsələn, 125 qramlıq şprot balıq konservləri 1,98 manatdan 2,02 manata, 125 qramlıq sayra, sardina balıq konservləri isə 1,69 manatdan 1,74 manata yüksəlib.
Keçən ay ət və ət məhsulları, süd və süd məhsulları 0,8 faiz, qənd, cem, bal, şokolad və konfetlər 0,7 faiz, kərə və bitki yağları 0,5 faiz, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,4 faiz bahalaşıb.
Məsələn, ötən ay sümüksüz mal ətinin 1 kq orta qiyməti 15,03 manatdan 15,19 manata, kərə yağı isə 19,55 manatdan 19,64 manata qalxıb.
Meyvələrin qiyməti aşağı düşüb
Ucuzlaşma isə ancaq meyvələrdə qeydə alınıb. Belə ki, aylıq müqayisədə meyvələrin qiymətləri 2 faiz ucuzlaşıb.
Mərkəzi Bank inflyasiyanın aşağı düşəcəyini proqnozlaşdırır
Azərbaycan Mərkəzi Bankından bildiriblər ki, inflyasiyanın dinamikasını müəyyənləşdirən amillər arasında xarici mənşəli xərc amilləri üstün mövqeyini saxlayır. Son 6 ayda dünya ərzaq qiymətlərinin 14 faiz azalması və tərəfdaşlarda orta çəkili inflyasiyanın nisbətən səngiməsi son aylar inflyasiya tempinin aşağı düşməsinə təsir edən amillərdən biri olub.
Lakin bu təsir 6-9 ay zaman intervalında reallaşır. İnflyasiya əvvəlki ayda pik həddə çatıb və bundan sonra onun düşmə istiqamətində hərəkət edəcəyi gözlənilir. 2023-cü il üzrə inflyasiya proqnozunun təkrəqəmli səviyyədə olmasına baxmayaraq, inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksək qalır.
Ekspertlərin fikrincə də, qiymət artımlarının əsas səbəbi idxal inflyasiyasıdır. Xarici amillər ölkədə qiymət artımına təsir göstərir. Bəzən işbazlar bu vəziyyətdən istifadə edib süni qiymət artımına gedirlər.
Orta illik inflyasiya 13,8 faiz olub
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 19,5 faiz qalxıb.
Noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, manna yarmasının, makaron məmulatlarının, peçenyenin, mal və toyuq ətinin, balıq konservlərinin, qatılaşdırılmış şəkərli südün, pendirin, yumurtanın, qarğıdalı yağının, bananın, xiyarın, pomidorun, kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, meyvə şirəsinin, ucuzlaşma isə əsasən narın, heyvanın, xurmanın, almanın, naringinin, limonun, kələmin, çuğundurun, sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Dövlət Xidməti qida bazarında monitorinqlər aparır
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinə riayət edilməsi ilə bağlı nəzarət tədbirləri həyata keçirir.
Xidmətin dekabrın 13-də yaydığı məlumata görə, yağ məhsulları bazarında qiymət artımının səbəblərinin müəyyən olunması məqsədilə marqarin yağı, palma yağı, duru yağlar, bitki və heyvan mənşəli qarışıq yağ məhsulları barədə məlumatların təqdim edilməsi üçün əsas bazar iştirakçıları olan "Bakı Qida və Yağ Fabriki" MMC və "Sun Food" MMC-yə müraciət edilib. Lakin hər iki təsərrüfat subyekti tərəfindən məlumatlar təqdim olunmadığından onlara qarşı antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və hər iki müəssisəyə ayrı-ayrılıqda 5500 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti müvafiq sahədə araşdırmaları davam etdirir.
Dövlət Xidməti tərəfindən araşdırmalar "Antiinhisar fəaliyyəti haqqında" qanun və Nazirlər Kabinetinin "Azərbaycanda antiinfliyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" 21 fevral 2022-ci il tarixli sərəncamı çərçivəsində həyata keçirilir.