Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri arasında qərargah danışıqları keçirilib

© AR Ministry of DefenceAzərbaycan və Türkiyə HHQ-nin nümayəndələri arasında qərargah danışıqları keçirilib
Azərbaycan və Türkiyə HHQ-nin nümayəndələri arasında qərargah danışıqları keçirilib - Sputnik Azərbaycan, 1920, 20.12.2022
Abunə olmaq
Görüşdə Azərbaycan və Türkiyə HHQ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib, eləcə də müxtəlif məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
BAKI, 20 dekabr — Sputnik. Azərbaycanla Türkiyə arasında 2022-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq hər iki ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndələri arasında 13-cü Qərargah danışıqları keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qonaqları salamlayan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov hər iki qardaş ölkə arasında keçirilən Qərargah danışıqlarının əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycan və Türkiyə HHQ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib, eləcə də müxtəlif məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, plana uyğun olaraq qardaş ölkənin nümayəndə heyəti HHQ-nin hərbi hissələrini ziyarət edəcək.
Xəbər lenti
0