NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan Rusiyadan "Aİ-95" markalı benzinin idxalını xeyli artırıb

© AFP 2023 / BRANDON BELLbenzin
benzin - Sputnik Azərbaycan, 1920, 20.12.2022
Abunə olmaq
2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 92 min tondan çox "Premium Aİ-95" markalı avtomobil benzini idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,7% azdır.
BAKI, 20 dekabr — Sputnik. Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Rusiyadan "Premium Aİ-95" markalı avtomobil benzininin idxalını demək olar ki, 30% artıraraq 68,3 milyon dollar məbləğində 65,8 min ton benzin alıb. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Göstərilən dövrdə Rumıniyadan 7 min tondan çox, Bolqarıstandan 10 min tondan çox, Türkmənistandan 8,2 min ton, Belarusdan 413,75 ton "Aİ-952" markalı benzin idxal edilib.
Ümumilikdə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 92 min tondan çox "Premium Aİ-95" markalı avtomobil benzini idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,7% azdır.
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana "Super Aİ-98" markalı avtomobil benzininin idxalı 1,3 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 49% azdır.
Hesabatda göstərilir ki, Rusiyadan 956,62 ton benzin, Rumıniyadan isə 398,26 ton benzin tədarük edilib.
Xəbər lenti
0