CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağacların kəsilməsi ilə bağlı cinayət işləri başlanıb

© Sputnik / Ibrahim HashimovGüclü külək Oğuzda fəsad törətdi
Güclü külək Oğuzda fəsad törətdi - Sputnik Azərbaycan, 1920, 20.12.2022
Abunə olmaq
Paytaxtda və bölgələrdə ümumilikdə 72 ədəd ağac və kolun kəsilməsi faktları öz təsdiqini tapıb. 16 min manatdan çox ziyan dəyməsi ilə bağlı istintaq işləri başlanılıb.
BAKI, 20 dekabr — Sputnik. Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində paytaxtın Xətai rayonu, Masallı şəhəri, habelə Ağdam və Lerik rayonlarının ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, Paytaxtın Xətai rayonu, Xətai bələdiyyəsinin torpaq sahəsində, Masallı şəhəri, Heydər Əliyev prospektində, Ağdam rayonu, Böyükbəyli kəndində meşə fonduna daxil olmayan, Lerik rayonu ərazisində yerləşən Vizəzəmin meşəbəyliyinin 15 saylı dolayında meşə fonduna daxil olan, ümumilikdə 72 ədəd ağac və kolun kəsilməsi faktları öz təsdiqini tapıb.
16 min manatdan çox ziyan dəyməsi ilə nəticələnmiş xeyli və külli miqdarda ziyan vurmaqla ağac kəsmə cinayətlərinin əlamətləri olduğuna görə fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) və 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
Xəbər lenti
0