https://sputnik.az/20221219/yol-polisi-qaydalari-pozan-suruculere-muraciet-etdi-449779873.html
Yol polisi qaydaları pozan sürücülərə müraciət etdi
Yol polisi qaydaları pozan sürücülərə müraciət etdi
Sputnik Azərbaycan
Yük avtomobillərinin normadan artıq yüklənməsi yol örtüyünü sıradan çıxarmaqla yanaşı, daha təhlükəli olan bir sıra fəsadlara da yol açır. 19.12.2022, Sputnik Azərbaycan
2022-12-19T10:18+0400
2022-12-19T10:18+0400
2022-12-19T10:20+0400
cəmiyyət
dyp
sürücü
müraciət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/01/07/437943435_0:485:1440:1295_1920x0_80_0_0_7f1abf6d5e1e08c2fe06fbae7f19e65b.jpg
BAKI, 19 dekabr — Sputnik. Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi yükdaşıma qaydalarını pozan sürücülərə müraciət edib. Qurumdan daxil olan müraciətdə bildirilir: "Yük avtomobillərinin normadan artıq yüklənməsi yol örtüyünü sıradan çıxarmaqla yanaşı, daha təhlükəli olan bir sıra fəsadlara da yol açır. Belə ki, nəqliyyat vasitəsinin müəyyən edilmiş kütlə həddindən artıq yüklənməsi normativ-texniki tələblərin pozulmasına səbəb olur ki, bu da hərəkət zamanı idarəetmənin əhəmiyyətli dərəcədə çətinləşməsinə, avtomobilin qəfil sıradan çıxmasına, gözlənilməz vəziyyətlərdə qəzadan yayınmanın qeyri-mümkünlüyünə və digər qarşısıalınmaz proseslərin baş verməsinə birbaşa təsir göstərir. Sadalanan hallar təkcə yük daşıma qaydalarını pozan sürücü üçün deyil, həm də digər hərəkət iştirakçıları üçün real təhlükə mənbəyi sayılır ki, bu da qətiyyən yolverilməzdir". Bundan əlavə, DİN-in Baş DYP İdarəsi bir daha sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırır ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş yük parametrlərini aşma hallarının aşkarlanacağı təqdirdə həmin avtomobilin hərəkəti qadağan edilməklə onu idarə edən fiziki şəхs barəsində inzibati məsuliyyət tədbirləri tətbiq ediləcək.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/07/437943435_0:215:1440:1295_1920x0_80_0_0_3d80a3855bc3fe2c5fe0ea19084f7bed.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dyp, sürücü, müraciət, azərbaycan
dyp, sürücü, müraciət, azərbaycan
Yol polisi qaydaları pozan sürücülərə müraciət etdi
10:18 19.12.2022 (Yenilənib: 10:20 19.12.2022) Yük avtomobillərinin normadan artıq yüklənməsi yol örtüyünü sıradan çıxarmaqla yanaşı, daha təhlükəli olan bir sıra fəsadlara da yol açır.
BAKI, 19 dekabr — Sputnik. Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi yükdaşıma qaydalarını pozan sürücülərə müraciət edib. Qurumdan daxil olan müraciətdə bildirilir:
"Yük avtomobillərinin normadan artıq yüklənməsi yol örtüyünü sıradan çıxarmaqla yanaşı, daha təhlükəli olan bir sıra fəsadlara da yol açır. Belə ki, nəqliyyat vasitəsinin müəyyən edilmiş kütlə həddindən artıq yüklənməsi normativ-texniki tələblərin pozulmasına səbəb olur ki, bu da hərəkət zamanı idarəetmənin əhəmiyyətli dərəcədə çətinləşməsinə, avtomobilin qəfil sıradan çıxmasına, gözlənilməz vəziyyətlərdə qəzadan yayınmanın qeyri-mümkünlüyünə və digər qarşısıalınmaz proseslərin baş verməsinə birbaşa təsir göstərir. Sadalanan hallar təkcə yük daşıma qaydalarını pozan sürücü üçün deyil, həm də digər hərəkət iştirakçıları üçün real təhlükə mənbəyi sayılır ki, bu da qətiyyən yolverilməzdir".
Bundan əlavə, DİN-in Baş DYP İdarəsi bir daha sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırır ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş yük parametrlərini aşma hallarının aşkarlanacağı təqdirdə həmin avtomobilin hərəkəti qadağan edilməklə onu idarə edən fiziki şəхs barəsində inzibati məsuliyyət tədbirləri tətbiq ediləcək.