https://sputnik.az/20221219/turkiye-ve-yunanistan-resmileri-gizli-gorus-keciribler-449781428.html
Türkiyə və Yunanıstan rəsmiləri gizli görüş keçiriblər
Türkiyə və Yunanıstan rəsmiləri gizli görüş keçiriblər
Sputnik Azərbaycan
İbrahim Kalın və Anna-Mariya Bura Almaniya Kansleri Olaf Şoltsun diplomatik müşaviri Yens Plötnerin iştirakı ilə müzakirələr aparıb. 19.12.2022, Sputnik Azərbaycan
2022-12-19T11:17+0400
2022-12-19T11:17+0400
2022-12-19T11:17+0400
dünya xəbərləri
türkiyə
yunanıstan
almaniya
https://cdnn1.img.sputnik.az/img/40137/52/401375280_0:158:1024:734_1920x0_80_0_0_683a3f17717eb783a942054416b71b57.jpg
BAKI, 19 dekabr — Sputnik. Brüsseldə Yunanıstanın Baş nazirinin diplomatik ofisinin direktoru Anna-Mariya Bura ilə Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalın arasında gizli görüş keçirilib. Bu barədə RİA Novosti Yunanıstan mətbuatına istinadən xəbər verir. İbrahim Kalın və Anna-Mariya Bura Almaniya Kansleri Olaf Şoltsun diplomatik müşaviri Yens Plötnerin iştirakı ilə müzakirələr aparıb. KİV yazır ki, gərginliyin və təhdidlərin sürətlə artmasına baxmayaraq görüş baş tutub. Danışıqlar Almaniyanın Avropa İttifaqındakı Nümayəndəliyinin ofisində açıq gündəmlə, heç bir ilkin şərt qoyulmadan keçirilib ki, tərəflər ikitərəfli münasibətləri bərpa etmək niyyətlərini araşdıra bilsinlər. NATO müttəfiqləri Yunanıstan və Türkiyə ərazi mübahisələrinə görə dəfələrlə silahlı münaqişə ərəfəsində olublar. 2019-cu ilin noyabrında diplomatik mübahisələrə səbəb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Liviya Milli Razılıq Hökumətinin (UMH) rəhbəri Fayez Sərracın imzaladığı hərbi sahədə əməkdaşlıq və dəniz zonaları üzrə qarşılıqlı anlaşma memorandumu olub. Türkiyə "Türkiyə-Liviya memorandumunu nəzərə alaraq" dəniz zonalarının xəritəsini dərc edib. Buna əsasən Yunanıstanın özünün müstəsna iqtisadi zonası hesab etdiyi suların əhəmiyyətli bir hissəsi Türkiyəyə aid olub. Türkiyə Yunan adalarının şelfinin olmadığını iddia edir. 2020-ci ilin yayında Yunanıstanın özünün müstəsna iqtisadi zonası hesab etdiyi Şərqi Aralıq dənizi regionunda Türkiyənin seysmik tədqiqatları Afina ilə Ankara arasında münasibətlərin kəskin şəkildə pisləşməsinə səbəb olub. Yunanıstanın milli müdafiə naziri Nikos Panagiotopoulos 2021-ci ilin fevralında Yunanıstan və Türkiyənin 2020-ci ilin yayında üç dəfə silahlı qarşıdurma astanasında olduğunu və Yunanıstan silahlı qüvvələrinin ümumi səfərbərliyinin həyata keçirildiyini açıqlayıb. Gərginliyin yeni mərhələsi 23 avqust 2022-ci ildə Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, Yunanıstanın NATO missiyası zamanı türk F-16-larını hədəfə almaq üçün Rusiya istehsalı olan S-300 hava hücumundan müdafiə sistemlərini yerləşdirməsi ilə başlayıb. Yunanıstan bunu inkar edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə bildirib ki, Yunanıstan təxribatları davam etdirərsə, "türklər bir gecə qəfildən gələ bilərlər". Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyənin təhdidlərini və ölkənin suverenliyini şübhə altına almaq cəhdlərini qəbuledilməz adlandırıb. Afina qeyd edir ki, Türkiyə ilə münasibətlərdə mövcud böhran müddətinə görə görünməmiş bir böhrandır və daim kəskinləşir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40137/52/401375280_0:0:1024:768_1920x0_80_0_0_93540cb25dabe2a1040462374fa94357.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türkiyə, yunanıstan, almaniya
türkiyə, yunanıstan, almaniya
Türkiyə və Yunanıstan rəsmiləri gizli görüş keçiriblər
İbrahim Kalın və Anna-Mariya Bura Almaniya Kansleri Olaf Şoltsun diplomatik müşaviri Yens Plötnerin iştirakı ilə müzakirələr aparıb.
BAKI, 19 dekabr — Sputnik. Brüsseldə Yunanıstanın Baş nazirinin diplomatik ofisinin direktoru Anna-Mariya Bura ilə Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalın arasında gizli görüş keçirilib. Bu barədə RİA Novosti Yunanıstan mətbuatına istinadən xəbər verir.
İbrahim Kalın və Anna-Mariya Bura Almaniya Kansleri Olaf Şoltsun diplomatik müşaviri Yens Plötnerin iştirakı ilə müzakirələr aparıb. KİV yazır ki, gərginliyin və təhdidlərin sürətlə artmasına baxmayaraq görüş baş tutub.
Danışıqlar Almaniyanın Avropa İttifaqındakı Nümayəndəliyinin ofisində açıq gündəmlə, heç bir ilkin şərt qoyulmadan keçirilib ki, tərəflər ikitərəfli münasibətləri bərpa etmək niyyətlərini araşdıra bilsinlər.
NATO müttəfiqləri Yunanıstan və Türkiyə ərazi mübahisələrinə görə dəfələrlə silahlı münaqişə ərəfəsində olublar.
2019-cu ilin noyabrında diplomatik mübahisələrə səbəb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Liviya Milli Razılıq Hökumətinin (UMH) rəhbəri Fayez Sərracın imzaladığı hərbi sahədə əməkdaşlıq və dəniz zonaları üzrə qarşılıqlı anlaşma memorandumu olub. Türkiyə "Türkiyə-Liviya memorandumunu nəzərə alaraq" dəniz zonalarının xəritəsini dərc edib. Buna əsasən Yunanıstanın özünün müstəsna iqtisadi zonası hesab etdiyi suların əhəmiyyətli bir hissəsi Türkiyəyə aid olub. Türkiyə Yunan adalarının şelfinin olmadığını iddia edir.
2020-ci ilin yayında Yunanıstanın özünün müstəsna iqtisadi zonası hesab etdiyi Şərqi Aralıq dənizi regionunda Türkiyənin seysmik tədqiqatları Afina ilə Ankara arasında münasibətlərin kəskin şəkildə pisləşməsinə səbəb olub. Yunanıstanın milli müdafiə naziri Nikos Panagiotopoulos 2021-ci ilin fevralında Yunanıstan və Türkiyənin 2020-ci ilin yayında üç dəfə silahlı qarşıdurma astanasında olduğunu və Yunanıstan silahlı qüvvələrinin ümumi səfərbərliyinin həyata keçirildiyini açıqlayıb.
Gərginliyin yeni mərhələsi 23 avqust 2022-ci ildə Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, Yunanıstanın NATO missiyası zamanı türk F-16-larını hədəfə almaq üçün Rusiya istehsalı olan S-300 hava hücumundan müdafiə sistemlərini yerləşdirməsi ilə başlayıb. Yunanıstan bunu inkar edir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə bildirib ki, Yunanıstan təxribatları davam etdirərsə, "türklər bir gecə qəfildən gələ bilərlər". Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyənin təhdidlərini və ölkənin suverenliyini şübhə altına almaq cəhdlərini qəbuledilməz adlandırıb.
Afina qeyd edir ki, Türkiyə ilə münasibətlərdə mövcud böhran müddətinə görə görünməmiş bir böhrandır və daim kəskinləşir.