https://sputnik.az/20221219/siginacaqda-azyasli-qiz-siddete-meruz-qalib-449794197.html
Sığınacaqda azyaşlı qız şiddətə məruz qalıb?
Sığınacaqda azyaşlı qız şiddətə məruz qalıb?
Sputnik Azərbaycan
"Sevgi Evi" Uşaq Sığınacağından bildirilib ki, azyaşlının anası yayılan məlumatlarla bağlı sualları cavablandıracaq. 19.12.2022, Sputnik Azərbaycan
2022-12-19T15:28+0400
2022-12-19T15:28+0400
2022-12-19T15:28+0400
sığınacaq
cəmiyyət
şiddət
https://cdnn1.img.sputnik.az/img/07e5/02/16/426289078_0:160:3073:1888_1920x0_80_0_0_c46e753dbc37f126a94990518e679571.jpg
BAKI, 19 dekabr — Sputnik. "Sevgi Evi" Uşaq Sığınacağında azyaşlı qızın şiddətə məruz qalması ilə bağlı məlumat yayılıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə öz “Facebook”* hesabında paylaşım edib. O, aidiyyəti dövlət qurumlarının sosial şəbəkə hesablarını işarələyərək neçə vaxtdır bağlanılması barədə qərar verilən, hələ də barəsində istintaq gedən "Sevgi Evi"ndə olan azyaşlının xilas edilməsini tələb edib: "Hər gün onlarla sosial şəbəkə izləyicisi tərəfindən "Sevgi" Uşaq Sığınacağı adı ilə “Instagram”da paylaşımları olan Könül adlı xanımın davranışı, uşaqlara olan münasibəti ilə bağlı müraciətlər olur. Neçə dəfə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə istiqamətləndirmişəm. Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini ilə bu barədə danışıqlarımız olub. DİN-in Sabunçu rayon Polis İdarəsinin əməkdaşları ilə danışdığımda da bir söz deyilib "Kəmalə xanım, istintaq gedir, gözləyirik!" K.Ağazadə xatırladıb ki, daha əvvəl sığınacağın hesabında həmin qızcığazın fotosu paylaşılıb və genetik analizi üçün pul toplanılması məqsədilə bank kartı da yerləşdirilib: Hadisə ilə əlaqədar Sputnik Azərbaycan "Sevgi Evi" Uşaq Sığınacağı ilə əlaqə saxlayıb. Sığınacaqdan bildirildi ki, həmin azyaşlının anası yayılan məlumatlarla bağlı suallara cavab verəcək:Uşağın qorxduğunun videodan da göründüyü barədə sualımıza isə sığınacaqdan bildirdilər ki, uşaq əqli və fiziki qüsurludur. Ona görə videoda belə düşüb. Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə də müraciət etdik. DİN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, məsələ ilə əlaqəli polis və prokurorluq orqanlarında müvafiq araşdırma aparılıb:"Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Hazırda material məhkəmə icraatındadır". Qeyd edək ki, bu ilin may ayında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən bu sığınacaqda keçirilmiş monitorinq zamanı uşaqlara işgəncə verilməsi faktları üzə çıxmışdı və hadisə ilə əlaqədar prokurorluq tərəfindən cinayət işi açılmışdı. Aparılan araşdırmalarla qeyd edilən sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılan azyaşlının müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib. Eyni zamanda sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərdə yetirilməyə uyğun gələn xəsarət izləri aşkarlanıb. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanılıb. Xatırladaq ki, hadisənin baş verdiyi "Sevgi Evi" Qadın və Uşaq sığınacağının sahibi Könül Qasımovadır. "Sevgi Evi" Qadın və Uşaq sığınacağı akreditasiyadan keçməyib. Bunu Sığınacağı təşkilatçısı Könül Qasımova Sputnik Azərbaycan-a təsdiqləyib. "Sevgi Evi" Qadın və Uşaq sığınacağı isə "Könüldə Nur" İctimai Birliyinin nəzdində yaradılıb. Ədliyyə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, bu İctimai Birlik 2021-ci ildə rəsmi qeydiyyatdan keçib.* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/16/426289078_170:0:2901:2048_1920x0_80_0_0_f4c6072ce6044e3589fd4657affb23a5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
sığınacaq, şiddət
Sığınacaqda azyaşlı qız şiddətə məruz qalıb?
"Sevgi Evi" Uşaq Sığınacağından bildirilib ki, azyaşlının anası yayılan məlumatlarla bağlı sualları cavablandıracaq.
BAKI, 19 dekabr — Sputnik. "Sevgi Evi" Uşaq Sığınacağında azyaşlı qızın şiddətə məruz qalması ilə bağlı məlumat yayılıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə öz “Facebook”* hesabında paylaşım edib.
O, aidiyyəti dövlət qurumlarının sosial şəbəkə hesablarını işarələyərək neçə vaxtdır bağlanılması barədə qərar verilən, hələ də barəsində istintaq gedən "Sevgi Evi"ndə olan azyaşlının xilas edilməsini tələb edib:
"Hər gün onlarla sosial şəbəkə izləyicisi tərəfindən "Sevgi" Uşaq Sığınacağı adı ilə “Instagram”da paylaşımları olan Könül adlı xanımın davranışı, uşaqlara olan münasibəti ilə bağlı müraciətlər olur. Neçə dəfə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə istiqamətləndirmişəm. Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini ilə bu barədə danışıqlarımız olub. DİN-in Sabunçu rayon Polis İdarəsinin əməkdaşları ilə danışdığımda da bir söz deyilib "Kəmalə xanım, istintaq gedir, gözləyirik!"
K.Ağazadə xatırladıb ki, daha əvvəl sığınacağın hesabında həmin qızcığazın fotosu paylaşılıb və genetik analizi üçün pul toplanılması məqsədilə bank kartı da yerləşdirilib:
"Totu" ləqəbli uşaq isə ölür! 2 il ərzində görün uşaq nə hala qalıb? Uşağın videosunu paylaşıb kartının nömrəsini qoyan qadın bu aylar ərzində bu uşaq üçün nə edib, deyə soruşdunuz? Ümumiyyətlə qəyyumluğu verilməmiş bir uşaq bu adamın yanında nə gəzir? Dəfələrlə mənə yazıblar ki, uşaq döyülür! Amma mən faktlara əsaslana bilərəm! Hazırda fakt uşağın bu vəziyyətdə olan görüntüsüdür! Hörmətli dövlət qurumları, yalvarıram sizə, qurtarın bu uşağı, ölür uşaq..."
Hadisə ilə əlaqədar Sputnik Azərbaycan "Sevgi Evi" Uşaq Sığınacağı ilə əlaqə saxlayıb. Sığınacaqdan bildirildi ki, həmin azyaşlının anası yayılan məlumatlarla bağlı suallara cavab verəcək:
"Həmin uşaq bizim sığınacaqda anası ilə birlikdə qalır. Anası özü mətbuat konfransında bütün bunlara cavab verəcək. Kəmalə Ağazadənin paylaşdığı cəfəngiyyatdır. Hər şeyə mətbuat konfransında aydınlıq gətiriləcək. O zaman siz də görəcəksiniz ki, bu böhtandır”.
Uşağın qorxduğunun videodan da göründüyü barədə sualımıza isə sığınacaqdan bildirdilər ki, uşaq əqli və fiziki qüsurludur. Ona görə videoda belə düşüb.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə də müraciət etdik. DİN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, məsələ ilə əlaqəli polis və prokurorluq orqanlarında müvafiq araşdırma aparılıb:
"Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Hazırda material məhkəmə icraatındadır".
Qeyd edək ki, bu ilin may ayında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən bu sığınacaqda keçirilmiş monitorinq zamanı uşaqlara işgəncə verilməsi faktları üzə çıxmışdı və hadisə ilə əlaqədar prokurorluq tərəfindən cinayət işi açılmışdı. Aparılan araşdırmalarla qeyd edilən sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılan azyaşlının müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib. Eyni zamanda sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərdə yetirilməyə uyğun gələn xəsarət izləri aşkarlanıb.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanılıb.
Xatırladaq ki, hadisənin baş verdiyi "Sevgi Evi" Qadın və Uşaq sığınacağının sahibi Könül Qasımovadır. "Sevgi Evi" Qadın və Uşaq sığınacağı akreditasiyadan keçməyib. Bunu Sığınacağı təşkilatçısı Könül Qasımova Sputnik Azərbaycan-a təsdiqləyib. "Sevgi Evi" Qadın və Uşaq sığınacağı isə "Könüldə Nur" İctimai Birliyinin nəzdində yaradılıb. Ədliyyə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, bu İctimai Birlik 2021-ci ildə rəsmi qeydiyyatdan keçib.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.