https://sputnik.az/20221219/pasinyan-tehlukesizlik-surasinin-iclasini-kecirir-449782217.html
Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirir
Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirir
Sputnik Azərbaycan
Paşinyan bildirib ki, iclasda geniş spektrli məsələlər, o cümlədən regiondakı hərbi-siyasi vəziyyət müzakirə ediləcək. 19.12.2022, Sputnik Azərbaycan
2022-12-19T11:38+0400
2022-12-19T11:38+0400
2022-12-19T11:51+0400
dünya xəbərləri
ermənistan
təhlükəsizlik şurası
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447435955_0:80:2594:1539_1920x0_80_0_0_af18790f06e5cb07ebee2322b918561c.jpg
BAKI, 19 dekabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirir. Təhlükəsizlik Şurasının daimi üzvlərindən başqa, Ermənistan prezidenti Vaaqn Xaçaturyan, parlamentin spikeri Alen Simonyan, baş nazir administrasiyasının rəhbəri Arayik Arutyunyan, vitse-spiker Ruben Rubinyan, maliyyə naziri Tiqran Xaçatryan, yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan, Parlamentin "Vətəndaş müqaviləsi" fraksiyasının rəhbəri Hayk Konjoryan, müdafiə nazirinin müavini Karen Brutyan da qatılıb. "Təhlükəsizlik Şurasının növbəti iclasında biz geniş spektrli məsələləri, o cümlədən regiondakı hərbi-siyasi vəziyyəti müzakirə edəcəyik", - Paşinyan bildirib. Paşinyan Təhlükəsizlik Şurasının sonuncu iclasını dekabrın 13-də Azərbaycan tərəfinin Ermənistanı Dağlıq Qarabağla birləşdirən Laçın yolunu bağlamasının ertəsi günü keçirib. Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447435955_0:0:2157:1618_1920x0_80_0_0_3eff6c2b413887175db86bea3086765a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, təhlükəsizlik şurası
ermənistan, təhlükəsizlik şurası
Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirir
11:38 19.12.2022 (Yenilənib: 11:51 19.12.2022) Paşinyan bildirib ki, iclasda geniş spektrli məsələlər, o cümlədən regiondakı hərbi-siyasi vəziyyət müzakirə ediləcək.
BAKI, 19 dekabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirir. Təhlükəsizlik Şurasının daimi üzvlərindən başqa, Ermənistan prezidenti Vaaqn Xaçaturyan, parlamentin spikeri Alen Simonyan, baş nazir administrasiyasının rəhbəri Arayik Arutyunyan, vitse-spiker Ruben Rubinyan, maliyyə naziri Tiqran Xaçatryan, yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan, Parlamentin "Vətəndaş müqaviləsi" fraksiyasının rəhbəri Hayk Konjoryan, müdafiə nazirinin müavini Karen Brutyan da qatılıb.
"Təhlükəsizlik Şurasının növbəti iclasında biz geniş spektrli məsələləri, o cümlədən regiondakı hərbi-siyasi vəziyyəti müzakirə edəcəyik", - Paşinyan bildirib.
Paşinyan Təhlükəsizlik Şurasının sonuncu iclasını dekabrın 13-də Azərbaycan tərəfinin Ermənistanı Dağlıq Qarabağla birləşdirən Laçın yolunu bağlamasının ertəsi günü keçirib.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.