NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neftin bahalaşmasının səbəbləri nədir?

© Sputnik / Борис Бабанов Neft
 Neft - Sputnik Azərbaycan, 1920, 19.12.2022
Abunə olmaq
Bundan öncə müxtəlif ölkələrin mərkəzi banklarının faizləri artırmasından sonra neftin qiyməti düşmüşdü.
BAKI, 19 dekabr — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb. London birjasında "Brent" markalı neftin qiyməti 0,52 dollar artaraq 79,56 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,47 dollar bahalaşaraq 74,76 dollar olub.
Ötən həftə Azərbaycan neftinin orta qiyməti 83,47 dollara bərabər olub ki, bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,06 dollar çoxdur.
Qeyd edək ki, Çində karantin tədbirlərinin yumşaldılması ilə neft istehlakının artacağı gözlənilir. Çin rəsmiləri 2023-cü il üçün istehlakın bərpası və genişləndirilməsinin prioritet olmalı olduğunu bəyan ediblər. Digər tərəfdən, Co Bayden administrasiyasının ölkənin strateji xammal ehtiyatlarını artırmağa başlamaq planından sonra neft bahalaşmağa başlayıb.
Xatırladaq ki, bundan öncə müxtəlif ölkələrin mərkəzi banklarının faiz dərəcələrini artırmasından sonra neftin qiyməti düşüb.
Dekabr iclasında ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcəsini gözlənildiyi kimi illik 4,25-4,5% səviyyəsinədək artırıb. Bundan başqa, Avropa Mərkəzi Bankı və Böyük Britaniya Mərkəzi Bankı faiz dərəcələrini 50 faiz bəndi artıraraq müvafiq olaraq 2,5% və 3,5%-ə çatdırıb.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Xəbər lenti
0