Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nazir: Səudiyyə Ərəbistanın İnvestisiya Fondu Qarabağın bərpasına maraq göstərə bilər

© AP Photo / Burhan OzbiliciКассир считает доллары, фото из архива
Кассир считает доллары, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.12.2022
Abunə olmaq
Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı Müştərək Komissiyasının 7-ci iclası keçirilir.
BAKI, 19 dekabr — Sputnik. Səudiyyə Ərəbistanının İnvestisiya Fondu Qarabağda ərazilərin bərpasına və yenidən qurulmasına maraq göstərə bilər.
Bu barədə Azərbaycan maliyyə naziri, Azərbaycan hökuməti ilə Səudiyyə Ərəbistanın hökuməti arasında Müştərək Komissiyanın həmsədri Samir Şərifov dekabrın 19-da Bakıda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı Müştərək Komissiyasının 7-ci iclasında deyib.
O qeyd edib ki, bu gün Azərbaycanla Səudiyyə Ərəbistanı arasında münasibətlər güclü siyasi zəmin əsasında inkişaf edir. Azərbaycan Səudiyyə Ərəbistanının işğalçı Ermənistanla diplomatik münasibətlər qurmamasını yüksək qiymətləndirir:
"Biz bu mövqeyə görə Səudiyyə Ərəbistanına minnətdarıq".
Nazir nümayəndə heyətinin dekabrın 18-də Zəngilana səfər etdiklərini və erməni barbarların Azərbaycan torpaqlarında törədilmiş vəhşiliklərlə tanış olduqlarını bildirib.
Xatırladaq ki, dünən Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih jurnalistlərə müsahibəsində deyib ki, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Bu ərazilərin inkişafı hazırda Azərbaycandan asılıdır.
Onun sözlərinə görə, bölgə üçün ən vacib məqam normal həyatın geri qaytarılmasıdır:
“Hazırda burada mənimlə birlikdə Səudiyyə Ərəbistanından gələn böyük nümayəndə heyəti var. Təkcə dövlət deyil, eyni zamanda, özəl sektorun nümayəndələri, o cümlədən energetika, xüsusilə yaşıl enerji, turizm və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən investorlar da buradadırlar. Səudiyyə Ərəbistanı Azərbaycanın Qarabağ bölgəsinə investisiya yatırmaq niyyətindədir. Eyni zamanda, qeyd etməliyəm ki, Zəngilan aeroportu və yeni tikilən kənd bizi təəccübləndirdi. Bura ailələrin yaşaması üçün gözəl məkandır”.
Xəbər lenti
0