SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının naziri ilə görüşüb

© Photo : MFA AzerbaijanXarici işlər naziri Ceyhun Bayramovun Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid ibn Əbdül Əziz Əl-Faleh ilə görüşü
Xarici işlər naziri Ceyhun Bayramovun Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid ibn Əbdül Əziz Əl-Faleh ilə görüşü - Sputnik Azərbaycan, 1920, 19.12.2022
Abunə olmaq
Nazir Ceyhun Bayramov Azərbaycanın dost Səudiyyə Ərəbistanı ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb.
BAKI, 19 dekabr — Sputnik. Bu gün xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falihin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, görüşdə ikitərəfli münasibətlərin inkişafının yüksək səviyyədə olduğu vurğulanaraq, iqtisadi-ticari, investisiya, kənd təsərrüfatı, energetika, alternativ enerji resurslarının inkişafı və digər sahələrdə geniş əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın dost Səudiyyə Ərəbistanı ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ikitərəfli tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq formatlarda da faydalı əməkdaşlığın mövcud olduğunu bildirən nazir Ceyhun Bayramov, bir sıra təşkilatlar çərçivəsində iki ölkənin bir-birinə qarşılıqlı dəstəyi davam etdirdiyini söyləyib. Səudiyyə Ərəbistanının, xüsusilə də BMT və İƏT çərçivəsində ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyi və ədalətli mövqeyini yüksək qiymətləndirdiyi bildirilib.
© Photo : MFA AzerbaijanXarici işlər naziri Ceyhun Bayramovun Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid ibn Əbdül Əziz Əl-Faleh ilə görüşü
Xarici işlər naziri Ceyhun Bayramovun Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid ibn Əbdül Əziz Əl-Faleh ilə görüşü - Sputnik Azərbaycan, 1920, 19.12.2022
Xarici işlər naziri Ceyhun Bayramovun Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid ibn Əbdül Əziz Əl-Faleh ilə görüşü
Nazir iqtisadi əməkdaşlığın prioritet istiqamətləri kimi enerji, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlıq imkanlarını qeyd edib, həmçinin alternativ enerji, xüsusilə külək enerjisinin inkişafı üçün ölkəmizin böyük potensiala malik olduğunu vurğulayıb. Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın iclasının uğurla keçdiyi və iki ölkə arasında biznes forumlarının əhəmiyyəti qeyd edilib.
İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri və bu istiqamətdə Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq imkanları barədə müzakirə aparılıb.
Səudiyyə Ərəbistanı investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falihin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər zamanı görülən işləri və qazanılan nailiyyətləri təqdir edib. Səudiyyə Ərəbistanında ölkəmizdə energetika, xüsusilə "yaşıl energetika", kənd təsərrüfatı, eko-turizm kimi sahələrə sərmayə yatırmağa maraqlı olan investorların olduğunu qeyd edən nazir Səudiyyə Ərəbistanının bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb.
Görüşdə tərəflər, həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər və regional səviyyədə baş verən proseslər ətrafında fikir mübadiləsi aparıb.
Xəbər lenti
0