https://sputnik.az/20221219/azerbaycan-turkiye-kinci-birge-medeniyyet-konfransi-bas-tutub-449787673.html
Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Konfransı baş tutub
Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Konfransı baş tutub
Sputnik Azərbaycan
Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Komissiyasının iclasında Türkiyə ilə əməkdaşlıq və həmin ölkənin təcrübəsindən bəhs edilib. 19.12.2022, Sputnik Azərbaycan
2022-12-19T13:01+0400
2022-12-19T13:01+0400
2022-12-19T13:01+0400
azərbaycan
mədəniyyət
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427234925_0:279:3071:2006_1920x0_80_0_0_9fc4490a1d087bbdfaf8ab5de71de1d1.jpg
BAKI, 19 dekabr — Sputnik. Qarabağdakı maddi mədəniyyət nümunələrinin ermənilər tərəfindən oğurlanması ilə bağlı siyahıyalma işləri başlayıb. Bunu Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Komissiyasının iclasında deyib. Şöbə müdiri bildirib ki, bununla bağlı Türkiyə ilə əməkdaşlıq edilir:"Türkiyənin təcrübəsindən faydalanmaqda maraqlıyıq". Sözügedən tədbirdə çıxış edən Türkiyə Mədəni İrs və Muzeylər İdarəsinin Baş direktoru Gökhan Yazgı bildirib ki, Türkiyədən aparılmış və ya qaçırılmış 4000-dən çox əsər xarici ölkələrdən geri qaytarılıb. O vurğulayıb ki, bu istiqamətdə Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdırlar. Digər ölkələrlə də əməkdaşlıq istiqamətində işlər davam etdirilir. O, Azərbaycanla bu istiqamətdə əməkdaşlığa hazır olduqlarını deyib. Mədəniyyət Nazirliyinin "Audiovizual və İnteraktiv Media" şöbəsinin müdiri Rüfət Həsənov Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Komissiyasının iclasında dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında "Sevgi hekayəsi" adlı bədii film çəkildiyini bildirib. O bildirib ki, ekran əsərinin təqdimatı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində olacaq. Tammetrajlı filmdə şairin həyat və yaradıcılığından bəhs edilir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427234925_342:0:3071:2047_1920x0_80_0_0_787024f6ba28637b39adf5afce22f369.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, türkiyə
Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Konfransı baş tutub
Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Komissiyasının iclasında Türkiyə ilə əməkdaşlıq və həmin ölkənin təcrübəsindən bəhs edilib.
BAKI, 19 dekabr — Sputnik. Qarabağdakı maddi mədəniyyət nümunələrinin ermənilər tərəfindən oğurlanması ilə bağlı siyahıyalma işləri başlayıb.
Bunu Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Komissiyasının iclasında deyib.
Şöbə müdiri bildirib ki, bununla bağlı Türkiyə ilə əməkdaşlıq edilir:
"Türkiyənin təcrübəsindən faydalanmaqda maraqlıyıq".
Sözügedən tədbirdə çıxış edən Türkiyə Mədəni İrs və Muzeylər İdarəsinin Baş direktoru Gökhan Yazgı bildirib ki, Türkiyədən aparılmış və ya qaçırılmış 4000-dən çox əsər xarici ölkələrdən geri qaytarılıb.
O vurğulayıb ki, bu istiqamətdə Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdırlar. Digər ölkələrlə də əməkdaşlıq istiqamətində işlər davam etdirilir. O, Azərbaycanla bu istiqamətdə əməkdaşlığa hazır olduqlarını deyib.
Mədəniyyət Nazirliyinin "Audiovizual və İnteraktiv Media" şöbəsinin müdiri Rüfət Həsənov Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Komissiyasının iclasında dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında "Sevgi hekayəsi" adlı bədii film çəkildiyini bildirib. O bildirib ki, ekran əsərinin təqdimatı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində olacaq. Tammetrajlı filmdə şairin həyat və yaradıcılığından bəhs edilir.