https://sputnik.az/20221219/avropada-ermenistanin-ekoterrorunu-pisleyen-etiraz-aksiyasi-kecirilib-449804225.html
Avropada Ermənistanın ekoterrorunu pisləyən etiraz aksiyası keçirilib
Avropada Ermənistanın ekoterrorunu pisləyən etiraz aksiyası keçirilib
Sputnik Azərbaycan
Aksiya iştirakçıları Ermənistan hakimiyyətini 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini icra etməyə çağırıblar. 19.12.2022, Sputnik Azərbaycan
2022-12-19T18:14+0400
2022-12-19T18:14+0400
2022-12-19T18:14+0400
avropa
azərbaycan xəbərləri
berlin
ekologiya
diasporla iş üzrə dövlət komitəsi
icma
şuşa
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/13/449804061_0:84:892:586_1920x0_80_0_0_8edf5f182ef731aa0bd96ee034ad289a.jpg
BAKI, 19 dekabr — Sputnik. Almaniyada fəaliyyət göstərən azərbaycanlı icması Berlinin Brandenburq Qapısının önündəki məşhur Paris meydanında dinc etiraz aksiyası keçirib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat veirlib. Bildirilib ki, "Almaniyadakı Azərbaycanlı İcması" təşkilatının təşəbbüsü ilə bir araya gələn azərbaycanlılar Şuşada ekofəalların və könüllülərin Azərbaycanın təbii sərvətlərinin erməni separatçıları tərəfindən qanunsuz istismarına qarşı keçirdikləri aksiyaya dəstək nümayiş etdiriblər. Aksiya iştirakçıları Ermənistan hakimiyyətini 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini icra etməyə çağırıblar. Eyni zamanda, aksiya iştirakçıları hazırda İranda baş verən hadisələr fonunda soydaşlarımızın fundamental hüquqlarının pozulmasına, fəal gənclərin İranın hüquq-mühafizə orqanları tərəfindən təqib edilmələri və qətlə yetirilmələrinə etirazlarını bildiriblər. Qeyd edək ki, aksiyada Almaniyanın müxtəlif şəhərlərindən gəlmiş diaspor üzvləri və cənubi azərbaycanlılar iştirak ediblər. Xatırladaq ki, 2022-ci ilin dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/13/449804061_0:0:892:669_1920x0_80_0_0_4833f41f5a1749a2d462f8d005f90b26.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
avropa, berlin, ekologiya, diasporla iş üzrə dövlət komitəsi, icma, şuşa
avropa, berlin, ekologiya, diasporla iş üzrə dövlət komitəsi, icma, şuşa
Avropada Ermənistanın ekoterrorunu pisləyən etiraz aksiyası keçirilib
Aksiya iştirakçıları Ermənistan hakimiyyətini 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini icra etməyə çağırıblar.
BAKI, 19 dekabr — Sputnik. Almaniyada fəaliyyət göstərən azərbaycanlı icması Berlinin Brandenburq Qapısının önündəki məşhur Paris meydanında dinc etiraz aksiyası keçirib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat veirlib.
Bildirilib ki, "Almaniyadakı Azərbaycanlı İcması" təşkilatının təşəbbüsü ilə bir araya gələn azərbaycanlılar Şuşada ekofəalların və könüllülərin Azərbaycanın təbii sərvətlərinin erməni separatçıları tərəfindən qanunsuz istismarına qarşı keçirdikləri aksiyaya dəstək nümayiş etdiriblər.
Aksiya iştirakçıları Ermənistan hakimiyyətini 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini icra etməyə çağırıblar.
Eyni zamanda, aksiya iştirakçıları hazırda İranda baş verən hadisələr fonunda soydaşlarımızın fundamental hüquqlarının pozulmasına, fəal gənclərin İranın hüquq-mühafizə orqanları tərəfindən təqib edilmələri və qətlə yetirilmələrinə etirazlarını bildiriblər.
Qeyd edək ki, aksiyada Almaniyanın müxtəlif şəhərlərindən gəlmiş diaspor üzvləri və cənubi azərbaycanlılar iştirak ediblər.
Xatırladaq ki, 2022-ci ilin dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.