Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Asif Rüstəmov Avrasiya Film Festivalında ən yaxşı rejissor seçilib

© Photo : Azerbaijanfilm / Latif Latifsoy"Mərmər Soyuğu" filminin çəklişi zamanı
Mərmər Soyuğu filminin çəklişi zamanı - Sputnik Azərbaycan, 1920, 19.12.2022
Abunə olmaq
Qazaxıstanda keçirilən Beynəlxalq Film Festivalında 15 ölkədən ən yaxşı filmlər nümayiş olunub.
BAKI, 19 dekabr — Sputnik. Azərbaycanın "Mərmər soyuğu" bədii filmi Qazaxıstanda keçirilən XVI Beynəlxalq Avrasiya Film Festivalının mükafatına layiq görülüb.
Layihə çərçivəsində müxtəlif ölkələrdən 15 film nümayiş etdirilib. Film festivalının təsisçisi və təşkilatçısı Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyidir. Tədbirin əsas ideyası yerli kino sənayesinin nailiyyətlərinin təqdimatı və təbliği, beynəlxalq kino ictimaiyyəti ilə əməkdaşlığın inkişafıdır.
Münsiflər heyətinin səsverməsinin nəticələrinə əsasən, Azərbaycan filminin müəllifi Asif Rüstəmov "Ən yaxşı rejissor" mükafatına layiq görülüb.
"Mərmər soyuğu" filminin Avropa premyerası "Qara gecələr" Tallin Film Festival (PÖFF) çərçivəsində baş tutub. Azərbaycanın xalq artisti Qurban İsmayılov (Baş rolu ifaçı) filmindəki roluna görə "Ən yaxşı kişi aktyoru" nominasiyası üzrə mükafat alıb.
Film İctimai Televiziya (İTV), Bakı Media Mərkəzi, Arizona Films (Fransa) və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" kinostudiyasında çəkilib.
Filmin ssenari müəllifləri Asif Rüstəmov və Rulof Jan Minnebo (Hollandiya), quruluşçu operatorları Oqtay Namazov və Adil Abbasov, rəssamı Rafiq Nəsirov, geyim üzrə rəssamı Şahin Həsənli, qrimçi Elbrus Vahidov, səs rejissoru Orxan Ağalarov, baş prodüseri Fariz Əhmədov, yaradıcı prodüseri İradə Bağırzadədir.
Filmin çəkilişləri Azərbaycanda baş tutub, səsləndirilməsi isə Parisdə işlənib.
Kinolentin süjeti uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.
Xəbər lenti
0