Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

ASCO hava şəraiti ilə bağlı Xəzərdə üzən gəmilərinə xəbərdarlıq göndərib

© Photo : ASCO“Şəki” gəmi-bərəsi
“Şəki” gəmi-bərəsi - Sputnik Azərbaycan, 1920, 19.12.2022
Abunə olmaq
Gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi tapşırılıb
BAKI, 19 dekabr — Sputnik. Dekabrın 19-dan 21-dək Xəzər Dəniz Akvatoriyasında Şimal-Qərb-Şimal küləyinin 18-23 m/s,arabir 25-30 m/s acıq dənizdə 33 m/s qədər güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2-4 metr, Xəzərin orta hissəsində 4-6 metr olacağı gözlənilir.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən (ASCO) "APA-Economics"ə verilən məlumata görə, küləkli hava şəraiti ilə əlaqədar ASCO Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərib.
"Gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün. Gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun. Həmçinin səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar", - xəbərdarlıqda qeyd olunur.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi gözlənilən kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Xəbər lenti
0