Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Naxçıvana və əks istiqamətdə həyata keçiriləcək bütün təyyarə reysləri təxirə salınıb

© Photo : AZALAZAL təyyarəsi, arxiv şəkli
AZAL təyyarəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.12.2022
Abunə olmaq
AZAL sərnişinlərdən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edib.
BAKI. 18 dekabr - Sputnik. Naxçıvan şəhəri üzərində davam edən əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən dekabrın 18-i "Azərbaycan Hava Yolları" aviaşirkətinin Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana və əks istiqamətdə həyata keçiriləcək bütün reysləri təxirə salınıb.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti mlumat yayıb.
AZAL sərnişinlərdən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edib.
“Əlavə suallar yarandıqda, aviaşirkətin 24 saat fəaliyyət göstərən çağrı mərkəzinə callcenter@azal.az elektron poçt ünvanı və ya +994 55 204 65 54, +994 70 437 40 86 "WhatsApp" nömrələri vasitəsilə müraciət edə bilərsiniz”, - AZAL-dan əlavə edilib.
***
Naxçıvan şəhəri üzərində ikinci gündür ki, davam edən əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən və uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana və əks istiqamətdə bütün reyslər təxirə salınıb.
Bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Mətbuat xidməti məlumat yayıb.
"Azərbaycan Hava Yolları" bütün sərnişinlərdən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir.
Həmçinin, uçuşlar haqqında məlumat yeniləndikdə bütün sərnişinlər fərdi şəkildə məlumatlandırılacaq.
Əlavə suallar yarandıqda, aviaşirkətin 24 saat fəaliyyət göstərən çağrı mərkəzinə callcenter@azal.az elektron poçt ünvanı və ya +994 55 204 65 54, +994 70 437 40 86 "WhatsApp" nömrələri vasitəsilə müraciət edə bilərsiniz”, - AZAL-dan bildirilib.
Xəbər lenti
0