https://sputnik.az/20221218/bakida-iki-milyonluq-menziller-qiymetler-niye-enmeyecek-449757757.html
Bakıda iki milyonluq mənzillər: Qiymətlər niyə enməyəcək!
Bakıda iki milyonluq mənzillər: Qiymətlər niyə enməyəcək!
Sputnik Azərbaycan
Ekspertlər hesab edirlər ki, dünyada və regionda baş verən gərginlik Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlərin dayanmadan qalxmasına səbəb olur. 18.12.2022, Sputnik Azərbaycan
2022-12-18T09:27+0400
2022-12-18T09:27+0400
2022-12-18T09:27+0400
mənzil
cəmiyyət
daşınmaz əmlak
daşınmaz əmlak bazarı
https://cdnn1.img.sputnik.az/img/42161/33/421613380_0:160:3073:1888_1920x0_80_0_0_fc1d05b962c1f2825e8ab4018446a4fe.jpg
BAKI, 18 dekabr — Sputnik. Kirayə mənzil layihəsi Bakıda daşınmaz əmlak bazarını canlandırıb. Yəni, vətəndaşların gəliri artmasa da, növbəti ildə mənzillərin qiymətinin azı 10-15 faiz artacağı gözlənilir. Son bir ildə daşınmaz əmlakın qiyməti 17-22 faiz arasında artıb. Bunu daşınmaz əmlak üzrə ekspert Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında deyib. O bildirib ki, hazırda qismən də olsa, qiymət artımı davam edir: "Ukraynada hərbi əməliyyatların başladığı vaxtda Bakıda mənzillərin bahalaşması qeydə alınıb. Hazırda da Azərbaycana Rusiyanın müxtəlif şəhərlərindən axın var. Bəzi adamlar Rusiyada əmlaklarını satıb müxtəlif ölkələrdə, həmçinin Azərbaycanda daşınmaz əmlak alırlar. Təbii ki, bu amilərin də bahalaşmaya müəyyən qədər təsiri var". Ekspert bildirir ki, pandemiya müddətində daşınmaz əmlak almağa maraq göstərməyən alıcıların birdən-birə bazara çıxması amili də bahalaşmaya təsir edib. Nəticədə tikinti materiallarına tələbat artıb. Bəzi materiallar, xüsusilə armatur bahalaşıb. Bundan başqa, tikintiyə dair yeni normativlər də bahalaşmaya təsir edib. Daşınmaz əmlak üzrə digər ekspert Ramin Osmanlı isə deyir ki, əvvəllər köhnə binalarda ikiotaqlı mənzillərin qiyməti 75-80 min manat arasında dəyişirdisə, hazırda yüz min manata ikiotaqlı mənzil tapmaq çətindir: "Köhnə tikililərdə də qiymət artımı var. Ümumiyyətlə, dünyada son vaxtlar baş verən hadisələr Azərbaycan bazarında mənzilə tələbi çoxaldıb. Bu da bazarda qiymət artımı ilə nəticələnib". O qeyd edib ki, yaxın vaxtlarda mənzillərin qiymətində azalmanın olacağını proqnozlaşdırmır. Bazarda qiymətlər necə dəyişir? Köhnə tikililərdə birotaqlı mənzillərin qiyməti yerindən asılı olaraq 58 000 - 145 000 arasında dəyişir. Məsələn, metronun "Sahil" stansiyasının yaxınlığında yerləşən köhnə tikilidə 1 otaqlı mənzilin qiyməti 145 000 manatdır. Eyni ərazidə köhnə tikilidə 2 otaqlı mənzilin qiyməti isə 290 min manatdır. Ümumiyyətlə Bakı şəhərində ikiotaqlı mənzillərin qiyməti təxminən 65 min manatdan başlayır. Məsələn, metronun "Nərimanov" stansiyasının yaxınlığındakı köhnə tikilidə ikiotaqlı mənzilin qiyməti 65 min manatdır. Köhnə tikililərdə 3 otaqlı mənzillərin qiyməti yerindən asılı olaraq dəyişir. Məsələn, metronun "Xalqlar Dostluğu" stansiyasının yaxınlığında köhnə tikilidə 3 otaqlı mənzillərin qiyməti 87 min manatdan başlayır. Metronun "Sahil" stansiyasının yaxınlığında köhnə tikilidə 3 otaqlı mənzillərin qiyməti 350 min manatdır. "İçərişəhər" metrostansiyasının yanında köhnə tikililərin birində 120 kvm olan 3 otaqlı mənzilin qiyməti 578 min manatdır. Yeni tikililərə gəldikdə isə, Binəqədi rayonunda birotaqlı mənzillərin qiyməti 45 min manatdan başlayır. Məsələn, Binəqədi rayonunda 60 kv olan 1 otaqlı mənzilin qiyməti 45 min manatdırsa, Nərimanov rayonunda 32 kv olan bir mənzilin qiyməti 77 min manatdır. "Sea Breeze"də isə 61 kvmetr olan birotaqlı mənzilin qiyməti 284 min 121 manatdır. Ümumilikdə, yeni tikilidə 1 otaqlı mənzillərin qiyməti yerindən asılı olaraq, 45 min manatla təxminən 300 min manat arasında dəyişir. Ən bahalı mənzillər Bakının harasındadır?Yeni tikilidə 2 otaqlı mənzillərin qiyməti 65 min manatla 250 min manat arasında dəyişir. Məsələn, Yeni Günəşlidə iki otaqlı 45 kvm olan mənzilin qiyməti 65 min manat, Yasamal rayonunda isə 103 kvm olan 2 otaqlı mənzilin qiyməti 250 min manatdır. 3 otaqlı mənzillərin qiyməti öncəki illərlə müqayisədə kifayət qədər artıb. Belə ki, yeni tikililərdə 3 otaqlı mənzillərin qiyməti təxminən 138 min manatdan başlayır. Ağ Şəhərdə 135 kvm olan belə mənzilin qiyməti 290 min 250 manat, "Gənclik" metrostansiyası yaxınlığında 162 kvadratmetrlik mənzilin qiyməti isə 333 min 186 manatdır. Metronun "İçərişəhər" stansiyasının yaxınlığında qiymətlər bir qədər yüksəkdir. "Altes Plaza" olaraq tanınan yeni tikilidə 145 kvm mənzilin qiyməti 450 min manatdır. Dördotaqlı mənzillərin qiyməti də kifayət qədər yüksəkdir. Metronun "İçərişəhər" stansiyasının yaxınlığında 4 otaqlı mənzilin qiyməti 1 milyon 190 min manatdır.Ümumilikdə, "İçərişəhər", "Sahil", "28 May", "Nizami" və "Elmlər Akademiyası" metrostansiyaları yaxınlığında, xüsusilə də Bakı bulvarı boyunca yeni binalarda mənzillərin qiymətləri kvadratmetrindən asılı olaraq 2 milyon manata qədər yüksəlir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42161/33/421613380_170:0:2901:2048_1920x0_80_0_0_1a68b3b64ebe727a35be44bc0c77870c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mənzil, daşınmaz əmlak, daşınmaz əmlak bazarı
mənzil, daşınmaz əmlak, daşınmaz əmlak bazarı
Bakıda iki milyonluq mənzillər: Qiymətlər niyə enməyəcək!
Ekspertlər hesab edirlər ki, dünyada və regionda baş verən gərginlik Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlərin dayanmadan qalxmasına səbəb olur.
BAKI, 18 dekabr — Sputnik. Kirayə mənzil layihəsi Bakıda daşınmaz əmlak bazarını canlandırıb. Yəni, vətəndaşların gəliri artmasa da, növbəti ildə mənzillərin qiymətinin azı 10-15 faiz artacağı gözlənilir. Son bir ildə daşınmaz əmlakın qiyməti 17-22 faiz arasında artıb.
Bunu daşınmaz əmlak üzrə ekspert Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında deyib. O bildirib ki, hazırda qismən də olsa, qiymət artımı davam edir:
"Ukraynada hərbi əməliyyatların başladığı vaxtda Bakıda mənzillərin bahalaşması qeydə alınıb. Hazırda da Azərbaycana Rusiyanın müxtəlif şəhərlərindən axın var. Bəzi adamlar Rusiyada əmlaklarını satıb müxtəlif ölkələrdə, həmçinin Azərbaycanda daşınmaz əmlak alırlar. Təbii ki, bu amilərin də bahalaşmaya müəyyən qədər təsiri var".
Ekspert bildirir ki, pandemiya müddətində daşınmaz əmlak almağa maraq göstərməyən alıcıların birdən-birə bazara çıxması amili də bahalaşmaya təsir edib. Nəticədə tikinti materiallarına tələbat artıb. Bəzi materiallar, xüsusilə armatur bahalaşıb. Bundan başqa, tikintiyə dair yeni normativlər də bahalaşmaya təsir edib.
Daşınmaz əmlak üzrə digər ekspert Ramin Osmanlı isə deyir ki, əvvəllər köhnə binalarda ikiotaqlı mənzillərin qiyməti 75-80 min manat arasında dəyişirdisə, hazırda yüz min manata ikiotaqlı mənzil tapmaq çətindir:
"Köhnə tikililərdə də qiymət artımı var. Ümumiyyətlə, dünyada son vaxtlar baş verən hadisələr Azərbaycan bazarında mənzilə tələbi çoxaldıb. Bu da bazarda qiymət artımı ilə nəticələnib".
O qeyd edib ki, yaxın vaxtlarda mənzillərin qiymətində azalmanın olacağını proqnozlaşdırmır.
Bazarda qiymətlər necə dəyişir?
Köhnə tikililərdə birotaqlı mənzillərin qiyməti yerindən asılı olaraq 58 000 - 145 000 arasında dəyişir. Məsələn, metronun "Sahil" stansiyasının yaxınlığında yerləşən köhnə tikilidə 1 otaqlı mənzilin qiyməti 145 000 manatdır. Eyni ərazidə köhnə tikilidə 2 otaqlı mənzilin qiyməti isə 290 min manatdır. Ümumiyyətlə Bakı şəhərində ikiotaqlı mənzillərin qiyməti təxminən 65 min manatdan başlayır. Məsələn, metronun "Nərimanov" stansiyasının yaxınlığındakı köhnə tikilidə ikiotaqlı mənzilin qiyməti 65 min manatdır.
Köhnə tikililərdə 3 otaqlı mənzillərin qiyməti yerindən asılı olaraq dəyişir. Məsələn, metronun "Xalqlar Dostluğu" stansiyasının yaxınlığında köhnə tikilidə 3 otaqlı mənzillərin qiyməti 87 min manatdan başlayır.
Metronun "Sahil" stansiyasının yaxınlığında köhnə tikilidə 3 otaqlı mənzillərin qiyməti 350 min manatdır. "İçərişəhər" metrostansiyasının yanında köhnə tikililərin birində 120 kvm olan 3 otaqlı mənzilin qiyməti 578 min manatdır.
Yeni tikililərə gəldikdə isə, Binəqədi rayonunda birotaqlı mənzillərin qiyməti 45 min manatdan başlayır. Məsələn, Binəqədi rayonunda 60 kv olan 1 otaqlı mənzilin qiyməti 45 min manatdırsa, Nərimanov rayonunda 32 kv olan bir mənzilin qiyməti 77 min manatdır. "Sea Breeze"də isə 61 kvmetr olan birotaqlı mənzilin qiyməti 284 min 121 manatdır. Ümumilikdə, yeni tikilidə 1 otaqlı mənzillərin qiyməti yerindən asılı olaraq, 45 min manatla təxminən 300 min manat arasında dəyişir.
Ən bahalı mənzillər Bakının harasındadır?
Yeni tikilidə 2 otaqlı mənzillərin qiyməti 65 min manatla 250 min manat arasında dəyişir. Məsələn, Yeni Günəşlidə iki otaqlı 45 kvm olan mənzilin qiyməti 65 min manat, Yasamal rayonunda isə 103 kvm olan 2 otaqlı mənzilin qiyməti 250 min manatdır.
3 otaqlı mənzillərin qiyməti öncəki illərlə müqayisədə kifayət qədər artıb. Belə ki, yeni tikililərdə 3 otaqlı mənzillərin qiyməti təxminən 138 min manatdan başlayır. Ağ Şəhərdə 135 kvm olan belə mənzilin qiyməti 290 min 250 manat, "Gənclik" metrostansiyası yaxınlığında 162 kvadratmetrlik mənzilin qiyməti isə 333 min 186 manatdır. Metronun "İçərişəhər" stansiyasının yaxınlığında qiymətlər bir qədər yüksəkdir.
"Altes Plaza" olaraq tanınan yeni tikilidə 145 kvm mənzilin qiyməti 450 min manatdır.
Dördotaqlı mənzillərin qiyməti də kifayət qədər yüksəkdir. Metronun "İçərişəhər" stansiyasının yaxınlığında 4 otaqlı mənzilin qiyməti 1 milyon 190 min manatdır.
Ümumilikdə, "İçərişəhər", "Sahil", "28 May", "Nizami" və "Elmlər Akademiyası" metrostansiyaları yaxınlığında, xüsusilə də Bakı bulvarı boyunca yeni binalarda mənzillərin qiymətləri kvadratmetrindən asılı olaraq 2 milyon manata qədər yüksəlir.