Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu keçiriləcək

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının investisiya nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının investisiya nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan, 1920, 18.12.2022
Abunə olmaq
Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falihi qəbul edib.
BAKI, 18 dekabr - Sputnik. Sabah Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu keçiriləcək.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falihlə görüşdə deyib.
Dövlət başçısı bundan əvvəl Xalid bin Əbdüləziz Əl-Falihlə görüşünü məmnunluqla xatırlayaraq Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın iclasının uğurla keçəcəyinə əminliyini bildirib.
İki ölkə arasında əməkdaşlığın gündəliyinin daha da genişləndiyini deyən İlham Əliyev sabah keçiriləcək Azərbaycan-Səudiyyə Ərəbistanı Krallığı biznes forumunun əhəmiyyətini qeyd edib.
Xəbər lenti
0